A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Natiq Əliyev

Natiq Əliyev

Natiq Əliyev - dövlət xadimi, geoloq. 

Natiq Ağaəmi oğlu Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə orta təhsilini bitirən Natiq Əliyev, həmin ildən 1970-ci ilə qədər Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda dağ geoloqu ixtisası üzrə təhsil alıb.

Ali təhsilini başa vurandan sonra Natiq Əliyev, "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azərdənizneftkəşfiyyat" trestində, kompleks dəniz geoloji-kəşfiyyat konturunda çalışıb. O, 1979-cu ilə qədər bu vəzifəni icra edib.

Natiq Əliyev 1971-ci ildən 1974-cü ilə qədər Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb. O, həmdə 1974-cü ildən etibarən geologiya-mineralogiya elmləri namizədi idi.

1979-cu ildə Natiq Əliyev, "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin kompleks dəniz geoloji-kəşfiyyat konturunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, daha sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifəsində çalışıb.

Sovet İttifaqı dağılması ilə yenidən müstəqil dövlət olan Azərbaycan Respublikasında, 1993-cü il 9 avqustda Dövlət Neft Şirkəti yaradıldı. Dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə isə, həmin qurumun prezidenti və Direktorlar Şurasının sədri postuna məhz, Natiq Əliyev gətirildi.

O, həmdə 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən isə Bakı-Tbilisi-Ceyhan Şirkətinin Direktorlar Şurasının sədri vəzifələrində çalışıb.

Natiq Əliyev 2004-cü il 18 sentyabrda, beynəlxalq aləmdə Əsrin müqaviləsi adlandırılan Sazişin həyata keçirilməsindəki nailiyyətlərinə və Azərbaycan neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edildi.

2005-ci il 9 dekabrda, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Natiq Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti postundan azad edildi, əvəzinə isə Azərbaycan Respublikası Sənaye və Energetika naziri vəzifəsinə təyin olundu. Həmin ildə o, həmdə Azərbaycan Neftçilər Konqresinin prezidenti seçildi.

2009-cu ildə Polşa Respublikasının Prezidenti Lex Kaçinski Natiq Əliyevi, Azərbaycan–Polşa münasibətlərinin inkişafında göstərdiyi xidmətə görə "Polşaya xidmətlərə görə" ordeninin Komandor dərəcəsi ilə təltif etdi.

2013-cü il 22 oktyabrda, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi ləğv edildi, əvəzinə isə Azərbaycan Respublikası Energetika Nazirliyi yaradıldı. Həmin qurumun naziri isə, Natiq Əliyev təyin olundu.

Natiq Əliyev 9 iyun 2017-ci ildə Türkiyənin İstanbul şəhərində, ürəyi ilə bağlı olan problemlərə görə yerləşdirildiyi "Florence Nightingale" xəstəxanasında 69 yaşında vəfat edib.



İstifadə olunan mənbələr: vikipediya

No comments:

Post a Comment