A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Nailə Əsgərzadə

Nailə Əsgərzadə kimdir
Nailə Əsgərzadə

Nailə Əsgərzadə - Rusiyada yaşayan azərbaycanlı jurnalist.


Nailə Əsgərzadə (Nailə Vaqif qızı Əsgərzadə) 13 dekabr 1987-ci ildə Bakıda alim və həkim ailəsində doğulub.


2011-ci ildən "Rossia 1" dövlət telekanalının aparıcısıdır.


Onun müsahibə proqramının qonaqları bir qayda olaraq Rusiyanın zəngin və nüfuzlu insanlarıdır.


Bunların arasında Ramzan Kadırov, Alişer Usmanov, Oleq Deripaska, Vladimir Potanin, habelə Rusiya xarici kəşfiyyat idarəsi SVR-in başçısı Sergey Narişkin olub.


2019-cu il dekabrın 2-də rusiyalı müxalif siyasətçisi Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondu (KMF) iddia edib ki, Nailə Əsgərzadə "Bombardier Global 6000" biznes təyyarəsindən və 62 metrlik SEA&US yaxtasından istifadə edir. KMF habelə Nailə Əsgərzadəyə aid olan daşınmaz əmlakı araşdırıb. Daşınmaz əmlakın vahid dövlət reyestrindən iki çıxarışdan məlum olur ki, 2015-ci ildən Nailə Əsgərzadə Moskva ətrafındakı "Jukovka-3" kotec qəsəbəsində 53 sot torpaq sahəsinə və sahəsi 923 kvadratmetr olan evə sahibdir. Fond bildirir ki, 2019-cu ilin aprelində Rusiyada mediaya nəzarət edən "Roskomnadzor" internet resurslarda Rusiyanın VTB dövlət bankı və onun rəhbəri Andrey Kostin, habelə Nailə Əsgərzadə barədə minədək materiala çıxışı bloklayıb. Aprelin 4-də baza nəşri bildirirdi ki, "Yandeks.Dzen" axtarış mühərriki əvvəlcə VTB-yə, sonra isə Nailə Əsgərzadəyə məxsus olan yüz milyonlarla dollarlıq mənzil barədə araşdırmanı internetdən silib.

No comments:

Post a Comment