A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Umayra Tağıyeva

Umayra Tağıyeva

Umayra Tağıyeva - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun müdiri (2018-ci ildən), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, Coğrafiya üzrə fəlsəfə doktoru.


Tağıyeva Umayra Rauf qızı 3 aprel 1968-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1985-ci ildə Bakı şəhəri 6 saylı məktəbi bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-fizika fakültəsinə daxil olmuş, 1990-cı ildə Universiteti Fərqlənmə diplomu ilə bitirmişdir.

1990-cı ildə əmək fəaliyyətinə Azərbaycan Hidrometereologiya İdarəsinin (1992-ci ildən Azərbaycan Dövlət Hidrometereologiya Komitəsi) Proqnozlar bölməsində texnik-sinoptik vəzifəsindən başlamış, sonra mühəndis, aparıcı mühəndis, 1993-cü ildən Uzunmüddətli proqnozlar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1998-ci ildə Azərbaycan Qadınlarının Birinci Respublika Qurultayının nümayəndəsi olmuşdur.2001-ci ildə Respublika Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007-2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2008-2011-ci illərdə Birləmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi olmuşdur. 2007-ci ildən hazırki vaxtadək Ümumdünya Metereologiya Təşkilatında Azərbaycanın Daimi nümayəndəsidir. 1998-ci ildən bir sıra beynəlxalq, regional, milli proqram və layihələrdə ekspert və qrup rəhbəri, 2006-2009-cu illərdə İqlim Dəyişmələri üzrə İkinci Milli Məlumatı Koordinatoru olmuşdur. Fəaliyyət göstərdiyi müddətdə keçirilən beynəlxalq konfrans, simenar və treninqlərdə iştirak etmişdir. 15 elmi məqalənin müəllifi, 2 elmi əsərin həmmüəllifi, olmuşdur.Coğrafiya üzrə fəlsəfə doktorudur. U.R.Tağıyeva 26 yanvar 2015-ci ildən AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya institutunun iqlimşünaslıq və aqroiqlim şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 2018-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun müdiridir.

İstifadə olunan mənbələr: vikipediya

No comments:

Post a Comment