A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Adil Mirseyid

Adil Mirseyid

Adil Mirseyid - Rəssam, şair, tərcüməçi və esseist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1993). Prezident təqaüdçüsü. Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1989). Azərbaycan Rəssamlar İttifaqının üzvü (1992)

Adil Mirseyid oğlu Baxışov 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olmuşdur. Ləki qəsəbə 6 saylı orta məktəbi bitirib. (1959-1969). İlk şeirləri məktəb illərində `Göyərçin və `Pioner` jurnallarında çap olunub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləmişdir (1975-1978). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. Xəzər jurnalında məsul katib və baş redaktor müavini. Bayatı jurnalının redaktoru. Palitra qəzetinin ədəbiyyat və İncəsənət şöbəsində redaktor. Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində iki il redaktor vəzifələrində çalışmışdır (1992-1993).

XX əsrin 70-ci illlərinin axırlarından dövrü mətbuatda şeirlər çap etdirir. "Azərbaycan" və "Ulduz" və,s. jurnallarında silsilə şeirləri dərc olunmuşdur.

Kitabları "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Ay Suvarisi", "Amor Fati" şeirlər. "Hardan baxsan görünən adam" (monoqrafiya), "Ruhlarla İnsanlar Arasında" (esselər), kitablarının müəllifidir. Rəsul Rza mükafatının laureatıdir. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Skandinaviya Ölkələri ilə Dostluq Cəmiyyətinin mədəni əlaqələr üzrə Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə və sair layiq görülüb.

Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub.

İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 400-dən artıq esse, tərcümə və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.

Min Beş Yüz İlin Oğuz şeiri Antalogiyasında (2000), Avrasiya Şairləri Antalojisində (2015), Ağdaş Tarixin Yaddaşında kitablarında şeirləri və yaradıcılığı dərs olunub.

Həyat və Yaradısılığına İnternewsin sifarişi ilə Rejissor Rövşən İsgəndərovun `Sözlərdən Toxunmuş Ömür` adlı sənədli film çəkilib (2002)

İki fərdi sərgisi Azərbaycan Rəssamlar Birliyinin və Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB birgə təşkil etmişdir (2011-20014)

Ömrün son gününə qədər yaradıcılıqla məşğul oldu. Ekspress qəzetində hər həftə şənbə günləri `Art Ekspress` səhifəsində esseləri yayımlanırdı (2009-2014).

Uzun sürən xəstəlikdən sonra 17 iyul 2014-cü ildə Bakıda vəfat etmişdir. 

İstifadə olunan mənbələr: vikipediya

No comments:

Post a Comment