A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Elxan Allahverdiyev

Elxan Allahverdiyev

Elxan Allahverdiyev - Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı

Elxan Şamil oğlu Allahverdiyev 1960-cı ilin iyun ayının 15-də Bakı şəhərində anadan olub.

1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirmişdir.

Əmək fəaliyyətinə 1984-cü ildə başlamışdır.Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışmışdır.

1998-ci ildən 2005-ci ilədək “Meridian” MMC-də Direktor, 2005-ci ildən 2015-ci ilədək “Duet” firması Kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı “Kredex” MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə “Kontinent İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

İstifadə olunan mənbələr: vikipediya

No comments:

Post a Comment