A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Eyvaz Əlləzoğlu

Eyvaz Əlləzoğlu
Eyvaz Əlləzoğlu

Eyvaz Əlləzoğlu - yazıçı.

Eyvaz Əlləzoğlu (Həsənov Eyvaz Əlləz oğlu) 1956-cı ildə Gürcüstan Respublikasının Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində anadan olmuş, Tbilisi Pedaqoji İnistitutunun filoloji fakültəsini bitirmişdir. 1980-ci ildən dövrü mətbuatda hekayələri və publisisstik yazıları ilə çıxış edir.

Ali təhsilini başa vurduqdan sonra Kosalı kənd orta məktəbində gürcü dili müəllimi, "Samqor" qəzetində korrektor kimi fəaliyyət göstərmiş, "Gürcüstan", "Borçalının səsi", "Ekspress" və "Xəzər" mətbu orqanlarında əməkdaşlıq etmişdir.

Publisistik fəaliyyəti dönəmində "Olaylar", "Borçalının səsi", "Ekspress" və digər qəzetlərlə Gürcüstanın siyasi həyatı ilə bağlı analtik yazılar yazmışdır.

1993-1996-cı illər ərzində Prezident Aparatının Milli Siyasət şöbəsində məsləhətçi, 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərmişdir. Ssenarisi əsasında "Ov" cizgi filmi ekranlaşdırılmışdır. Gürcü dilindən Qoderzi Çoxelinin, Revaz İnanişvilinin, Naira Gelaşvilinin və digər müasir gürcü yazıçılarının əsərlərini dilimizə çevirmişdir.

"Əli və Nino" kitab mağazasının təşkil etdiyi Milli Kitab Mükafatında xüsusi mükafatla təltif olunmuşdur.

Ölümündən sonra iki kitabı dərc olunub: "Qaraçöllü Qəzənfər" romanı və Hekayələr kitabı.

Kitabları

1. "Ölü yay", (hekayələr) 1992;
2. "Yatan dinozavrlar",(hekayələr) 1993;
3. "Odunçu geri qayıdır" (roman) 2010.

mənbə: vikipediya

No comments:

Post a Comment