A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Ələsgər bəy Bəylərbəyov

Ələsgər bəy Bəylərbəyov
Ələsgər bəy Bəylərbəyov

Ələsgər bəy Bəylərbəyov - Varşava Politexnik İnstitutunun məzunu, mühəndis.

Ələsgər bəy Bəylərbəyov (Ələsgər bəy Rəhim bəy oğlu Bəylərbəyov) 1882-ci ildə Şuşa şəhərində anadan olmuşdu.

Bakı real məktəbini bitirib. Daha sonra Varşava Politexnik İnstitutunda təhsil alıb. Moskva Texniki Məktəbini 1912-də başa vurub. Bundan əlavə Berlində də təhsil alıb.

Bakı Sovetində və Azərsutəsərrüfatında mühəndis işləyib. 

1922-dən Baş Şose Yolları İdarəsinə rəhbərlik edib. Bakı Texniki Məktəbində elektrik və maqnetizm müəllimi, Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllim işləyib. 

Ələsgər bəy Sürəyya xanım Vəlibəyova ilə ailə qurmuşdu. Çingiz bəy adlı oğlu, Xurşid xanım, Validə xanım adlı qızları var idi.

1937-ci ildə həbs olunub.

1949-cu ildə dünyasını dəyişib.

No comments:

Post a Comment