A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Ağalar bəy Əliverdibəyov

 

Ağalar bəy Əliverdibəyov
Ağalar bəy Əliverdibəyov

Ağalar bəy Əliverdibəyov - musiqişünas. Üzeyir Hacıbəyovlinin dayısı.

Ağalar bəy Əliverdibəyov (Ağalar bəy Kərbəlayi Ələkbər bəy oğlu Əliverdibəyov) 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində anadan olmuşdu. Uşaqlığı Şuşa şəhərində keçmişdi. O, Ağdamın dövlətli mülkədarı, Xan qızı Xurşudbanu Natəvanın süd qardaşı Kərbəlayi Ələkbər bəy Əliverdi bəy oğlu ilə Telli xanım Mir Abdulla bəy qızı Vəzirovanln altı övladından biri idi. Kərbəlayi Ələkbər bəyin birinci nikahından daha üç övladı olmuşdu. Onlardan biri də dahi Üzeyir Hacıbəyovun anası Şirin xanım idi. Şirin xanımla Ağalar bəy Nətavanın başçılıq etdiyi "Məclisi-üns"ün yığıncaqlarında fəal iştirak edirdilər. Ağalar bəyin babası Əliverdi bəy Hüseyn bəy oğlu Mehdiqulu xanın Ağdam üzrə darğası olmuşdu.

Ağalarbəy Əliverdibəyov mükəmməl Avropa təhsili almış mütərəqqi ziyalılarımızdan biri olub. O, 1901-ci ildə Peterburq Texnoloji Institutunu, sonra isə Varşava Inşaat Institutunu bitirmişdi. Gənc mütəxxəssis 1813-cü ildə vətənə qayıtmış, Bakı şosse yolları idarəsində mühəndis vəzifəsində işləmişdi. O, həmçinin gözəl muğam bilicisi kimi A. Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs demişdi.

Ağalar bəy Məhbubə xanım Abbas bəy qızı Uğurlubəyova ilə həyat qurmuşdu. Nazim bəy, Rasim bəy, Kazım bəy adlı oğulları, Nüşabə xanım adlı qızı vardı.

Bəstəkar Nazim Əliverdibəyovun, skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun, pianist Nüşabə Əliverdibəyovanın atasıdır.

Bəstəkar Üzeyir Hacıbəylinin dayısıdır.

mənbə: 1.Ağalar bəy Əliverdibəyov, Rəsmli musiqi tarixi, Bakı, "Şuşa" , 2001. 2 Azərbaycan xalq mahnıları. I-II cild, Bakı, 1956-1958.


No comments:

Post a Comment