A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Aqşin Əlizadə

Aqşin Əlizadə
Aqşin Əlizadə

Aqşin Əlizadə (Aqşin Əliqulu oğlu Əlizadə) - Azərbaycan bəstəkarı.

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır.

Aqşin Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962).

Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. 

"Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.

Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qаfqаzа səyаhət" baleti, "Ümid vаlsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.

50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.

Aqşin Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.

Ad və mükafatlar

Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 (2-ci simfoniyasına görә)
Azərbaycan SSR dövlət mükafatı — 1978[3]
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 13 iyul 1982
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 yanvar 1987
"Şöhrət" ordeni — 1997
"Şərəf" ordeni — 21 may 2012

Əsərləri

Baletlər
1. "Babək" (1979)
2. "Qafqaza səyahət" (2002)
3. Ümid valsı (2008)

Orkestr üçün bəstələr
1. Beş simfoniya
2. Skripka ilə orkestr üçün konsert
3. Violonçel ilə orkestr üçün poema

Kamera əsərləri
1. Kamera simfoniyası
2. "Kənd süitası"
3. "Uşaq süitası"
4. "Pastoral"
5. "Aşıqsayağı"
6. "Cəngi"
7. "Abşeron lövhələri"
8. "Şirvan lövhələri"
9. Skripka və fortepiano üçün "Portret"
10. Fortepiano üçün "Dastan"
11. Fortepiano üçün "Köhnə oyunlar"
12. Skripka və orqan üçün "Dialoq"

Vokal-simfonik əsərlər
1. "Azərilər" və "Təntənə" kantatası
2. "Ana torpaq" odası
3. "Bayatılar" (xor tsikli a capella)
4. "Qədim laylay" (a capella xoru üçün)
5. "Yumoreska" (uşaq xoru üçün)

Filmoqrafiya 

Bəstəkar kimi
1. Bu, Səttar Bəhlulzadədir (film, 1969) (qısametrajlı sənədli film)
2. Axtarış həvəsi (film, 1970) (qısametrajlı sənədli film)
3. Fitnə (film, 1970)(cizgi filmi)
4. Dəmir ağac (film, 1971) (qısametrajlı sənədli film)
5. Torpaq patriarxları (film, 1971) (qısametrajlı sənədli film)
6. Tülkü həccə gedir (film, 1971)(cizgi filmi)
7. Çaqqal oğlu çaqqal (film, 1972)(cizgi filmi)
8. Qızıl qaz (film, 1972) (tammetrajlı bədii film)
9. Odla təmasda (film, 1972) (qısametrajlı sənədli film)
10. Bulud niyə ağlayır? (film, 1973)(cizgi filmi)
11. Göyçək Fatma (film, 1973)(cizgi filmi)
12. Ceyrançöl (film, 1974) (qısametrajlı sənədli film)
13. Rəqiblər (film, 1974) (qısametrajlı bədii film)
14. Tütək səsi (film, 1975) (tammetrajlı bədii film)
15. Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976) (qısametrajlı sənədli film)
16. Üzü küləyə (film, 1977) (tammetrajlı bədii film)
17. Toral və Zəri (film, 1979)(cizgi filmi)
18. Gözlə məni (film, 1980) (tammetrajlı bədii film)
19. Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980) (tammetrajlı bədii film)
20. Ötən ilin son gecəsi (film, 1983) (tammetrajlı bədii film)
21. Avqust gələndə (film, 1984) (tammetrajlı bədii film)
22. Sizi dünyalar qədər sevirdim (film, 1985) (tammetrajlı bədii film)
23. Kölgədə 40 dərəcə isti (film, 1987) (tammetrajlı bədii film)
24. Pirverdinin xoruzu (film, 1987) (qısammetrajlı bədii film)
25. Kross (film, 1989) (qısametrajlı sənədli film)
26. Abşeron lövhələri (film, 1990) (qısametrajlı sənədli film)
27. Matəm (film, 1990) (qısametrajlı sənədli film)
28. Ləqəbi "İKA"dır (film, 1997) (tammetrajlı bədii film)
29. Məhkumlar (film, 2007) (tammetrajlı bədii film)

Əsərlərindən istifadə olunan filmlər
1. Unudulmuş qəhrəman (film, 2005) (qısametrajlı sənədli film)
2. Qafqaz (film, 2007) (tammetrajlı bədii film)
3. 125 illik yol (film, 2008) (qısametrajlı sənədli film)

Musiqi tərtibatçısı kimi
- Təxəllüsü "Mixaylo" (film, 2008) (qısametrajlı sənədli film)

Haqqında çəkilən film
- Aqşin Əlizadə (film, 2011) (qısametrajlı sənədli film)

mənbə: vikipediya

No comments:

Post a Comment