A-Z

A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Mövlud Süleymanlı

Mövlud Süleymanlı

Mövlud Süleymanlı - nasir, dramaturq, ssenarist. 


Mövlud Süleymanlı (Mövlud Süleyman oğlu Balakişiyev) 1943-cü il mart ayının 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") doğulmuşdur.


1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 1967-ci ildə oranı bitirmişdir.


1964-cü ildə "Əllərim" adlı şeiri ilk dəfə "Azərbaycan gəncləri" qəzetində çap olunub. Ədibin "Bir ünvan" adlı şeir kitabı da çap olunub. M. Süleymanlının ilk nəsr kitabı yetmişinci illərin sonları çapdan çıxıb.


1968-ci ildə Аzərbаycаn Dövlət Radiosuna işə qəbul edilmiş, əvvəlcə "Gənclik", sonra "Ədəbiyyat və İncəsənət" baş redaksiyasında redaktor kimi çalışmışdır. 


1979-cu ildə "Ayın aydınlığında" kitabı işıq üzü gördü.


O, 1992-ci ilin sonlarında Azərbaycan Dövlət Tele-Radio Şirkətinin Radio üzrə sədr müavini vəzifəsinə gətirilmiş, 17 il bu vəzifədə çalışmışdır (1992–2009). Bununla yanaşı, ədib kinostudiya, 1976–1980-ci illərdə Yazıçılar İttifaqının orqanı olan "Ulduz" jurnalında nəsr şöbəsinin müdiri, 1980–1988-ci illərdə "Azərbaycan" jurnalında nəsr şöbəsində rəhbər kimi fəaliyyət göstərmişd

Mövlud Süleymanlı 21 fevral 2024-cü il tarixində vəfat edib. Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.


No comments:

Post a Comment