A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Tahir Həsənli

Tahir Həsənli
Tahir Həsənli

Tahir Həsənli - publisist yazar, ali dərəcəli Azərbaycan dili və ədəbiyyatı müəllimi.

Tahir Həsənli (Tahir Həsənli Həsənbaba oğlu) - 1950-ci ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində, sonra Bakıda Pedaqoji Universitetdə oxumuşdur. 


1972-cü ildən 2016-ci ilədək Yerfi kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 


Sovet zamanında rayon və respublika qəzetlərində yaşadığı kənd və rayonun, insanların qayğıları ilə əlaqədar yazılarla çıxış etmişdir. “Azərbaycan müəllimi”, “Şəfəq” qəzetlərində, “Azərbaycan dili və ədəbiyyatı” metodik məcmuədə, “Ana sözü” jurnalında metodiki məqalələri dərc edilmişdir. “Baş müəllim”, “Metodist müəllim”, “Ali kateqoriyalı müəllim” adlarına, "Xalq maarifi əlaçısı" döş nişanına layiq görülmüş, Azərbaycan müəllimlərinin VI, VII qurultaylarının nümayəndəsi, 1991-ci ildə respublikada ilk dəfə keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən olmuşdur. 


2011-2014-cü illərdə Yerfi kənd ümumi orta məktəbin direktoru işləmişdir. 


2012-ci ildən başlayaraq publisistika ilə məşğul olmuş, ardıcıl olaraq "Azərbaycan" jurnalı, “525-ci qəzet”, “Ədalət”, “Türküstan” qəzetlərində məqalələri dərc edilmişdir. “Yerfililər”, “Yerfi töhfələri”, “Qaçaq Mayıl dastanı” kitablarının müəllifidir.


Kitabları:

1. “Yerfililər” Bakı, Kitab Klubu, 2012, 128 səh.

2. “Yerfi töhfələri” Bakı, Kitab Klubu, 2016, 160 səh.

3. “Qaçaq Mayıl dastanı” Bakı, Mücrü, 2020, 146 səh. 



No comments:

Post a Comment