A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı pdf

Şahin Əliyev

 

Şahin Əliyev
Şahin Əliyev

Şahin Əliyev - Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru.


Şahin Əliyev (Şahin Məhərrəm oğlu Əliyev) 1960-cı ildə Bakıda anadan olub. O, Daşkənd Dövlət Universitetinin məzunudur.


1984-cü ildən əmək fəaliyyətinə başlayan Ş.Əliyev Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş laborant, kiçik elmi işçi işləyib. Buradan pedaqoji işə keçən Ş.Əliyev 1988-89-cu illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olub.


1989-cu ildə isə onun dövlət işindəki karyerası başlayıb. Ş.Əliyev həmin il Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Hüquq şöbəsinin müdir müavini təyin edilib. 1991-ci ilin yanvarında Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Qanunvericilik və hüquq qaydaları məsələləri üzrə şöbəsində müdirin müavini vəzifəsinə keçib. Daha sonra həmin şöbədə müdirin birinci müavini işləyən Ş.Əliyev 1991-ci ilin sonunda Prezident Aparatında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinə müdir təyin olunub.


O, 1991-ci ildən 2022-ci ilə kimi Prezident Administrasiyasında şöbə müdiri işləyib.


Ş.Əliyev hüquq elmləri namizədidir.


O, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ilin yanvarında “Şöhrət” ordeni ilə təltif edilib.


Prezident İlham Əliyevin 19 may 2022-ci il tarixdə imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib.


Şahin Əliyev bu təyinatadək Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsinin müdiri vəzifəsində işləyib. O, həmin vəzifəyə 29 noyabr 2019-cu il tarixində təyin edilmişdi.


Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsi yenicə ləğv edilib.


Ş.Əliyev daha əvvəl Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.

No comments:

Post a Comment