A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Araz Zeynalov


Araz Zeynalov -  azərbaycanlı jurnalist, publisist.

Araz Zeynalov 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində dünyaya gəlib. 

1978–1983-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. O, həm də AiD kimi tanınan azərbaycanlı repçi Orxan Zeynallının atasıdır.

Araz Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb. O, rusdilli vesti.az saytının ilk baş redaktoru olub. Uzun illər bu sayta rəhbərlik edib. Xəstəlik iş imkanlarını məhdudlaşdırandan sonra isə bir müddət sayt baş redaktorunun müşaviri kimi çalışıb. 

Araz Zeynalov 2022-ci il avqustun 3-də Bakı şəhərində uzun sürən xəstəlikdən dünyasını dəyişib. Mətbuat Şurası ölümüylə əlaqədar nekroloq imzalayıb. Avqustun 4-də Yasamal qəbiristanlığında torpağa tapşırılıb. 


mənbə: vikipediya

No comments:

Post a Comment