A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Aydın Qaradağlı

Aydın Qaradağlı
Aydın Qaradağlı

Aydın Qaradağlı - Azərbaycanlı diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı.

Aydın Qaradağlı (Qaradağlı Aydın Çingiz oğlu) 1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləmişdir. Azərbaycan SSRin əməkdar atisti (1964), ürəklərə nüfuz edən, aydın, təmiz, cilalanmış, məlahətli səs sahibi idi.

Həyatı

Aydın Qaradağlı 20 avqust 1929-cu ildə Qubada anadan olub. 

1944-cü ildə orta məktəbi, 1945-ci ildə Gəmiçilik məktəbini (Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib. 

1946-cı il dekabr ayın 18-dən Azərbaycan SSR dövlət radiosuna diktor vəzifəsinə işə qəbul olunu. 

1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbini (aktyor ixtisası ilə), 1949-cu ildə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 

1951-1954-cü illər (1951-Gürcüstan SSR, 1952-1954-Rumıniya) Sovet Orsusunda xidmət edib. 

1955-ci ildə Gültəkin xanım Cabbarlı ilə ailə həyatı qurub. 

Aydın Qaradağlının "Yeddi oğul istərəm" filmi üçün Gəray bəy roluna sınaq şəkli
Aydın Qaradağlının "Yeddi oğul istərəm" filmi üçün Gəray bəy roluna sınaq şəkli

1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olur. 

1961-1966-cı illərdə – M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda oxuyub. 

1964-cü ildə Azərbaycan SSR əməkdar artist (diktorlar arasında ilk dəfə) fəxri adına layiq görülüb. 

1966-1968-ci illərdə Dövlət Radiosunun Baş rejissor, 1970-ci ildə isə Proqram Baş redaksiyasının Baş redaktoru vəzifələrində də çalışıb.

Azərbaycan radiosunun "Qızıl fond"unda Aydın Qaradağlının ifasında dünya klassiklərinin, o cümlədən, Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın və digər klassiklərinin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazması qorunub saxlanılır.

1980-ci ilin 28 yanvar tarixində Bakıda dünyasını dəyişib.

mənbə: vikipediya

No comments:

Post a Comment