A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Mirzə Əbdülqədir Vüsaqi

Mirzə Əbdülqədir Vüsaqi
Mirzə Əbdülqədir Vüsaqi

Mirzə Əbdülqədir Vüsaqi - şair, Mikayıl Müşfiqin atası.

Mirzə Əbdülqədir Vüsaqi (Əbdülqadir İsmayılzadə) 1869-cu ildə Xızıda doğulub.

Bir müddət Xızıda, 1902-ci ildən isə Bakının dağlı məhəlləsində müəllimliklə məşğul olan Müşfiqin atası Mirzə Əbdülqədir dövrünün yeni düşüncəli ziyalılarından biri kimi gənc nəslin təlim-tərbiyəsində və maarifçiliyin təbliğində böyük işlər görmüşdür. O yalnız uşaqların deyil, böyüklərin də savadlanmasına səy göstərirdi. Hətta imkansızlara, maddi vəziyyəti ağır olub, amma bilik almağa həvəsli olanlara kurslar açıb pulsuz dərs keçirdi. "Mən sizə öyrətdiklərimi siz də evdə, ailədə yaxınlarınıza öyrədin. Onda siz keçdiklərimizi həm yaxşı mənimsəyər, həm də bildiklərinizi yaxınlarınıza öyrətməklə savab qazanarsınız" deyən Mirzə Əbdülqədirin əsas məqsədi insanların savadlanmasına nail olmaq idi. 

1908-ci ildə Mirzə Əbdülqədir Bakıda fəaliyyət göstərən "Səadət" məktəbinə dəvət olunur və ömrünün sonuna kimi burada çalışır. 

Züleyxa xanımla evlənmş (1885-1909) Mirzə İsmayılzadə (1906-?) Mikayıl Müşfiq, Böyükxanım İsmayılzadə, Balacaxanım İsmayılzadə adlı uşaqları olmuşdur.

1908-ci ilin iyun ayının 4-də Mikayıl dünyaya gəlir.

Mikayıl anadan olandan ayyarım sonra qəflətən anası dünyasını dəyişir. Bu zaman Mirzə Əbdülqədir məcburiyyət qarşısında qalaraq südəmər körpəni ata-baba yurdu Xızıya aparır, Sayadlı kəndində yaşayan yaxın qohumlarından Səfiyyə adlı qadına müvəqqəti olaraq saxlamağa verir. İki ildən sonra atası onu yenidən Bakıya gətirir. Bu zaman balaca Mikayılın atası artıq Zibeydə adlı xanımla ailə qurmuşdu. Mikayıl Zibeydədən əsl ana qayğısı, ana nəvazişi görür.

Balaca Mikayılın atası onun təlim-tərbiyəsinə ciddi fikir vermiş, kitaba, yazıb-oxumağa həvəsləndirmişdir. Mirzə Əbdülqədirin "Vüsaqi" təxəllüsü ilə yazdığı şeirlər o dövrün qəzet və jurnallarında çap olunurdu. Professor Cəlal Qasımov tədqiqatlarında Müşfiqin bacısı Balacaxanım İsmayılzadənin "Dirilik" (1915, ¹ 13) jurnalında dərc olunmuş xatirələrinə istinadən bildirir:

"Onun lirik planda yazılmış şeirlərində azadlıq, vəfa, bahar tərənnüm edilir. O, Müslüm Maqomayevin məşhur "Şah İsmayıl" operasının liberettosunu, eyni zamanda "Seyfəlmülük", "Yusif və Züleyxa" operalarının da mətnini yazmışdır."

Müşfiqin atası Mirzə Əbdülqədir 1915-ci ildə vəfat etmişdir. 

Xızı şəhərində Mirzə Əbdülqədir Vüsaqi adına küçə var.

Yaradıcılığı

Mirzə Qədir İsmayılzadə "Səadət" məktəbində müəllim işləməklə bərabər "Vüsaqi" təxəllüsü ilə şe`rlər yazırdı. Böyük bəstəkar M.Maqomayev "Şah İsmayıl" operasını Mirzə Qədirin eyni adlı poeması əsasında yaratmışdır 1915-ci ildə H. Sarabskinin şair Qədir İsmayılzadənin "Seyfəlmülük" adlı operasının musiqi hissəsini yazıb qurtardığını və bu günlərdə cəmiyyətə təhvil vərəyini bildirir.

Müşfiqin əmlakı barədəki qeydlərdə dəqiq göstərilmiş 4 iyun 1937-ci ildə müsadirə edilib "əhəmiyyətsiz" hesab olunduğu üçün 13 oktyabr 1937-ci ildə yandırılan aşağıdakı əşyalardı:

"Türkiyə nəşri olan 14 kitab, müxtəlif nəşriyyatlarda çıxmış 15 kitab, İranda çap edilən 6 kitab. Müxtəlif jurnallar, türk dilində - 4 ədəd. Əlyazmaları. Sayı, miqdarı göstərilmir. Nə kitablardır, nə əlyazmalardır? Yəqin ki, bu artıq heç vaxt bilməyəcəyimiz müəmmalar kimi qalacaq. Ehtimal etmək olar ki, əlyazmaların içərisində Mirzə Qədir Vüsaqinin şer divanı, opera librettoları, mənzum nağılları, Müşfiqin yüzlərcə gözəl şeri, türk dram teatrosu üçün işlədiyi mənzum dramın əlyazması, məktublar da vardı."

Əsərləri

"Eşşək dağlıyan", "Zənbur", 1909.
"Şah İsmayıl" operasının librettosu
"Seyfəlmülk" operası

No comments:

Post a Comment