A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Hüseyn Cavid

Hüseyn Cavid
Hüseyn Cavid


Hüseyn Cavid - azərbaycanlı şair, yazıçı və dramaturq. 


Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə) 1882-ci ildə oktyabr ayının 24-də Naxçıvan şəhərində Molla Abdullanın ailəsində anadan olmuşdur. Abdulla 1877-ci ildə Naxçıvana Şahtaxtı kəndindən gəlib. Bu ailə ruhani ailəsi kimi tanınırdı. 


Cavid ilk təhsilini mollaxanada almış, sonra isə təhsilini öz dövrünün görkəmli maarifpərvər ziyalısı olan Məhəmməd Tağı Sidqinin yeni tipli məktəbində “Məktəbi tərbiyə” də davam etdirmişdir. İlk şeirlərini “Gülçin”, “Calik” təxəllüsləri ilə yazmışdır.


1898-1903-cü illərdə Təbrizdəki “Talibiyyə” mədrəsəsində oxumuşdur.


1903-cü ildən tanınmış ictimai-siyasi xadim, əvəzsiz publisist və yazıçı Məmmədağa Şaxtaxtlının nəşr etdirdiyi “Şərqi-Rus" qəzetində məqalələrlə çıxış edirdi.


1906-1909-cu illərdə İstanbul Universitetinin ədəbiyyat fakültəsində oxumuşdur. H.Cavid burada görkəmli türk alimlərindən və pedaqoqlarından öyrənmiş, idealist fəlsəfənin sirlərinə yiyələnmişdir.  Elə həmin dövrdən sanballı şeirlərini yazmağa başlamışdır.


İstanbulda tələbə olarkən H.Cavidin  Əziz şərifin atası Qurbanəli  Şərifzadənin ünvanına göndərdiyi məktublar həm o dövrün ədəbi-ictimai mühitini, həm də görkəmli sənətkarın bədii-estetik görüşlərinin araşdırılmasında mühüm mənbədir.


H.Cavid İstanbuldan “İrşad” qəzetinə və “Füyuzat” jurnalına şeirlər göndərirdi.


1909-1910-cu illərdə Naxçıvanda müəllimliklə məşgul olmuş və ədəbiyyatımızda ilk mənzum dram olan “Ana” Pyesini də məhz burada yazmışdır.


1911-1917 –ci illərdə Tiflisdə həm bədii yaradıcılıqla həm də pedaqoji fəaliyyətlə məşğul olmuşdur.


1913-cü ildə Tiflisdə “Keçmiş günlər” adlı ilk kitabı çap edilmişdir.


1917-ci ildə Bakıda  “Bahar şəbnəmləri” adlı ikinci şeirlər kitabı çap edilmişdir.


1918-1919-cu illərdə yenidən Naxçıvana qayıdaraq “Rüşdiyyə” məktəbində dərs demişdir.


1918-ci ildə Mişkinaz xanımla ailə həyatı qurmuşdur.


1919-cu ildə Azərbaycan Demokratik Respublikası dövründə Abdulla Şaiqlə birgə ilk ədəbiyyat nəzəriyyəsi dərsliyimiz olan “ədəbiyyat dərsləri” kitabını yazmışdır.


1920-ci ildən sonra Azərbaycan Müəllimlər İnstitunda  və Bakı Teatr Texnikumunda dərs demişdir.


1922-ci ildə Bakıda “H.Cavid axşamı” təşkil edilmişdir.


1926-cı ildə gözlərini müalicə etdirmək üçün dövlət tərəfindən Almaniyaya göndərilmişdir.


1937-ci il iyun ayının 4-də həbs edilmiş, 1939-cu ilədək Bakı həbsxanalarında qalmışdır.  1939-cu il iyul ayının 4-də Sibirə sürgün edilir.


1941-ci il dekabr ayının 5-də İrkutsk Vilayətinin Tayşet rayonunun Şevçenko kəndi yaxınlığındakı əlillər evində vəfat etmişdir. Dekabr ayının 7-də Şevçenko kəndi yaxınlığındakı qəbiristanlıqda  59 №-li qəbirdə dəfn edilib.


1982-ci il oktyabrın 26-da Hüseyn Cavidin nəşi Moskvadan Bakıya, sonra isə Naxçıvana gətirilir. Naxçıvanda - evinin qarşısında dəfn olunur.


mənbə: aqra.az

No comments:

Post a Comment