A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

İsa Muğanna

İsa Muğanna
İsa Muğanna


İsa Muğanna - Xalq yazıçısı.


İsa Muğanna (İsa Mustafa oğlu Hüseynov) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.


Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 


1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib.


1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur.


1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.


"26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.


Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.


Yazıçı İsa Hüseynov uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəksə də heç vaxt yataq xəstəsi olmayıb.


2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etmişdir. Dəfn mərasimi xaricdə yaşayan nəvəsinin gəlişi və iştirakı ilə Fəxri Xiyabanda gerçəkləşmişdir.


31 may 2018-ci ildə Azərbaycan prezidenti İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.


Mükafatları


  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976
  • "Qırğızıstan Yazıçılar İttifaqı" diplom və priz — 1976
  • "İstiqlal" ordeni — 11 iyun 1998
  • "Nəsimi" mükafatı — 2012


Kitabları


  1. Bizim qızlar (pyes), 1953
  2. Dan ulduzu (pyes), 1955
  3. Hekayələr, 1957
  4. Yanar ürək (pyes), 1960.
  5. Doğma və yad adamlar (roman), 1962.
  6. Teleqram (povest), 1963.
  7. Yanar ürək (roman), 1965.
  8. Tütək səsi (pyes və hekayələr), 1965.
  9. Pyeslər, 1967.
  10. Kollu koxa (pyes və hekayələr), 1969.
  11. Ömrümdə izlər, 1971.
  12. Saz (pyeslər), 1971.
  13. Seçilmiş əsərləri (roman və pyeslər), 1972.
  14. Yanar ürək, Doğma və yad adamlar, 1979.
  15. Məhşər (roman), 1979.
  16. İdeal (roman), 1985.
  17. Türfə (roman), 2009
  18. Qəbiristan (roman), 2013
  19. Cəhənnəm (roman), 2013
  20. GurÜn (roman), 2013
  21. İsahəq-Musahəq (roman), 2013
  22. İlan dərəsi (povestlər)


Filmoqrafiya


  1. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  2. Dəli Kür (film, 1969)
  3. İyirmialtılar (film, 1966)
  4. Qərib cinlər diyarında (film, 1977)
  5. Liderlik missiyası. 1-ci hissə (film, 2008)
  6. Nəsimi (film, 1973)
  7. Nizami (film, 1982)
  8. Od içində (film, 1978)
  9. Tütək səsi (film, 1975)
  10. Ulduzlar sönmür (film, 1971)
  11. Zəlimxan dastanı (film, 2007)

No comments:

Post a Comment