A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Leyla Bədirbəyli

Leyla Bədirbəyli
Leyla Bədirbəyli

Leyla Bədirbəyli - Azərbaycan teatr xadimi, aktrisa.


Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 


1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı.


Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.


Leyla Bədirbəyli 1936-ci ildə 16 yaşı olarkən Fərəc Cavanşirovla ailə qurmuşdur. 


1937-ci ildə Cavanşir adlı oğulları dünyaya gəlmişdir. Аmmа Leyla ilə Fərəcin birgə ailə həyatları uzun sürmür və bir neçə ildən sonra onlar boşanırlar. 


Hazırda Cavanşir Cavanşirov öz həyat yoldaşı Elmira Cavanşirova ilə birgə Fəvvarələr meydanında yerləşən, Leyla xanımın uşaqlıqda yaşadığı evdə yaşayır.


1942-ci ildə isə Leyla Kamil Aslanova ərə gedir. 


1947-ci ildə ilk qız övladı - Lalə dünyaya gəlir. 


1964-cü ildə isə ikinci qızları - Bikə doğulur. Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayır və vəfat edir. Bu hadisənin üzərindən bir il keçməmiş böyük qızları Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki itki Leyla Bədirbəyliyə çox pis təsir edir.


Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat etmişdir. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mərhumun dəfni ilə bağlı olan bütün xərclər dövlət hesabına ödənilmiş, dəfnini təşkil etmək üçün Dövlət komissiyası yaradılmışdır.


Leyla Bədirbəyli Bakıdakı Fəxri Xiyabanda dəfn olunmuşdur.


29 dekabr 2019-cu ildə Azərbaycan prezidenti Leyla Bədirbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.


Yaradıcılıq fəaliyyəti


Leyla Bədirbəyli 16 yaşı tamam olmamışdan Filarmoniyada solist kimi çalışıb. Şəxsən onun üçün rəqslər səhnələşdirilib. "Toy" və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulub. Filarmoniyada çalışdığı illərdə "Ayna" filminə çəkilib. 


1937- 1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 


1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər. İlk tamaşası Rəsul Rzanın "Vəfa"sı olub. 1975-ci ilədək teatrda fəaliyyət göstərmişdir.


1945-cü ildə "Arşın mal alan" filmi çəkilməyə başlayıb. Leyla Bədirbəyli Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə filmə çəkilib. 


1946-cı ildə SSRİ, 1972-ci ildə isə Azərbaycan SSR Dövlət Mükafatları laureatı olmuşdur.


1959-cu ildə Azərbaycan SSR xalq artisti fəxri adını almışdır.


Teatr sahəsində rolları


  • Dezdemona (Otello, Uilyam Şekspir)
  • Nərminə (Göz həkimi, İ. Səfərli)
  • Solmaz (Od gəlini, Cəfər Cabbarlı)
  • Liza (Canlı meyit, Lev Tolstoy)
  • Fəxrəndə (Mahnı dağlarda qaldı, İlyas Əfəndiyev)


Filmoqrafiya


  1. Arşın mal alan (film, 1945) — Gülçöhrə
  2. Asif, Vasif, Ağasif (film, 1983)
  3. Aygün (film, 1960)
  4. Azərbaycan kinosu-80 (film, 1996)
  5. Beş dəqiqəlik konsert (film, 1941)
  6. Bizim küçə (film, 1961)
  7. Bizim küçənin oğlanları (film, 1973)
  8. Böyük ömrün anları (film, 2006)
  9. Çarvadarların izi ilə (film, 1974)
  10. Dəcəl dəstə (film, 1937)
  11. Dəli Kür (film, 1969)
  12. Dərviş Parisi partladır (film, 1976)
  13. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  14. Fətəli xan (film, 1947)
  15. Gəmi saatının sirri (film, 1983)
  16. Gənc qadının kişisi (film, 1988)
  17. Gilas ağacı (film, 1972)
  18. Görüş (film, 1955)
  19. Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli (film, 2014)
  20. Günlərin bir günü... (film, 1976)
  21. İntizar (film, 1969)
  22. Kişi sözü (film, 1987)
  23. Kölgələr sürünür (film, 1958)
  24. Koroğlu (film, 1960)
  25. Qanlı zəmi (film, 1985)
  26. Qəzəlxan (film, 1991)
  27. Maestro Niyazi (film, 2007)
  28. Mən ki gözəl deyildim (film, 1968)
  29. Mən mahnı qoşuram (film, 1979)
  30. Müqəddəs oda yanaram (film, 1991)
  31. Nağılların Dərbəndi (film, 2006)
  32. Nehrəmli qız (film, 2002)
  33. O dünyadan salam (film, 1991)
  34. O olmasın, bu olsun (film, 1956)
  35. Onun böyük ürəyi (film, 1958)
  36. Prima (film, 1992)
  37. Sevil (film, 1970)
  38. Səbuhi (film, 1941) — Tubu
  39. Sovqat (film, 1942)
  40. Tələ (film, 1990)
  41. Tikdim ki, izim qala (film, 1997)
  42. Üzeyir ömrü (film, 1981)
  43. Vulkana doğru (film, 1977)

No comments:

Post a Comment