A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Nuridə Atəşi

 

Nuridə Atəşi
Nuridə Atəşi 

Nuridə Atəşi - Almaniyada yaşayan azərbaycanlı şairə, mədəniyyətşünas.


Nuridə Atəşi (Qədirova) 22 avqust 1965-ci ildə Azərbaycanın Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1995-ci ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır.


Nuridə Atəşi 9 yaşından şeirlər yazmağa başlamış, ilk şeiri 1983-cü ildə "Ədəbiyyat" qəzetində nəşr edilmiş və bundan sonra şerlərinin nəşrinə Sovet Azərbaycanında icazə verilməmişdir. Özünə Atəşi təxəllüsü götürərək şerlərini təxəllüs altında yazmağa davam etməyə məcbur olmuşdur. Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov onun sözlərinə onlarla mahnı bəstələmişdir. Müğənni İlhamə Quliyevanın şairənin sözlərinə ifa etdiyi "Neylərsən" mahnısı Azərbaycanda, Türkiyədə və İranda məşhur olaraq hitə çevrilmişdir. Şairənin şeirlərinə müxtəlif bəstəkarların bəstələdiyi yüzə yaxın mahnılar, Azərbaycanın populyar müğənniləri Brilliant Dadaşova, Səməd Səmədov, Almaz Ələsgərova, Zöhrə Abdullayeva, Zaur Rzayev və başqaları tərəfindən ifa edilir. 


1982-1984-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə, 1984-1989-cu illər Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyətşünaslıq faküləsində təhsil almışdır. Azərbaycan Dövlət İncəsənət Muzeyində çalışmışdır.


Nuridə Atəşinin ədəbi yaradıcılığı poeziya, tərcümə və publisistika sahələrini əhatə edr. Berlin Onun sözlərinə alman, türk və azərbaycan bəstəkarlarının bəstələdikləri yüzə yaxın mahnı bir neçə ölkədə tanınır və sevilir. Şeirləri artıq Azərbaycan sərhədlərini aşmış, ingilis, fransız, fars və rus dillərinə tərcümə olunaraq ayrı-ayrı ölkələrin şeir həvəskarlarının mühakiməsinə verilmişdir. Şairənin fəaliyyətində tərcüməçilik işinə də yer ayrılmışdır. 


1996-2004-cü illər ərzində Berlinin "Hitit" nəşriyyatında alman və türk dillərinin tərcüməçisi kimi çalışan N.Atəşi, Almaniyada Azərbaycan dilinin tanınmasına və şaxələnməsinə öz töhfəsini vermişdir. Alman şairlərinin şeirlərini tərcümə edərək onları "Orjinaldan tərcümələr" kitabında cəmləyən Nuridə Atəşi, Azərbaycanın şair və yazıçılarının əsərlərini də alman dilinə tərcümə etmişdir. 


2008-ci ildə Alman şairi Jan Veinard ilə bərabər "Pərvanə və şam. Azərbaycanın minillik məhəbbət poeziyası“ adlı antalogiyasında Azərbaycanın Nizami, Füzuli, Nəsimi, Məhsəti və bir çox klassik şairlərinin əsərlərini alman dilinə tərcümə edərək Almaniyanın məşhur „Mattes & Setz“ nəşriyyatında nəşr etdirmişdir. 


19 kitabın müəllifi olan Nuridə Qədirova - Atəşi 2011-ci ildən PEN beynəlxalq yazarlar Mərkəzinin üzvüddür. Nuridə Qədirova-Atəşinin indiyə qədər ədəbi və Qafqazın tarixinə, mədəniyyətinə və arxeologiyasına aid Almaniya və Azərbaycanda (Azərbaycan, türk, rus, ingilis və alman dillərində) 19 ədəbi, publisistik və elmi kitabı, 300-dən artıq məqaləsi nəşr edilmiş, əsərləri Almaniyanın Drezden və Leypsiq dövlət kitabxanalarında kataloqlaşdırılmışdır.

No comments:

Post a Comment