A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Əlisa Nicat

Əlisa Nicat
Əlisa Nicat

Əlisa Nicat - Azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi.


Əlisa Nicat (Hüseynov Əlisa Qulam oğlu) 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub. 


1955-ci ildə Lənkəran şəhərində 3 saylı orta məktəbi bitirib. 


1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı bitirib. 


1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Bircə söz" adlı ilk şeiri çap olunub. 


1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirə bilib. 


1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan "Yay axşamı", 1970-ci ildə isə "Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəşr edilib. 


1967-1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca "Ekran" telefilm birliyində fəaliyyət göstərib. 


1973-1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb. 


1983-1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb, Plutarxın "Makedoniyalı İskəndər" (1982), Məhəmməd Tahirin "Şeyx Şamil" (1983) kitablarını tərcümə edib. 


1987-ci ildə povest və hekayələrin toplandığı "Qəbilə başçısı" kitabı, 1990-cı ildə "Gəncəli müdrik" romanı çap edilib. SSRİ-nin süqutundan və müstəqilliyin əldə edilməsindən sonra 1993-1994-cü illərdə "Turan" jurnalını nəşr etdirib. Müstəqillik dövründə "Nağıllara dönən tarix" (1993), "Ruhların söhbəti" (1994), "Dünya sərkərdələri" (1995), "Dünya filosofları" (1995), "Kədər şərabı" (1997), "Dünya tarixçiləri" (1998), "Yüz böyük Azərbaycanlı" (1999), "Karvan" (2000), "Tarixin qürubu" (2009) kitabları çap edilib. Eyni zamanda bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb.


1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilib.


Bütün külliyyatı 50 cilddən ibarətdir. Bundan başqa çox sayda tərcümələri, şeirləri, esseləri, povestləri var.


Əsərləri


  1. Gəncəli müdrik (1990)
  2. Nağıllara dönən tarix (1993)
  3. Ruhların söhbəti (1994)
  4. Dünya sərkərdələri (1995)
  5. Dünya filosofları (1996)
  6. Kədər şərabı (1997)
  7. Dünya tarixçiləri (1998)
  8. 100 böyük azərbaycanlı (1999)
  9. Karvan (2000)
  10. Tarixin qürubu (2009)
  11. Sasanilərin sonu
  12. Ehram (roman)
  13. Sarsılmaz Mir Cəfər
  14. Mələklər və İblislər
  15. Rza xan
  16. Qızılbaşlar
  17. Fenomen
  18. Satrap və demokrat
  19. Artakserks və Midya türkləri
  20. Əsrin mənzərəsi
  21. Sirli xəzinə
  22. Müdriklik məbədi (2018)
  23. Bülbül və gül (povest)
  24. 101 Dahi
  25. Qızıl fəlsəfə
  26. Tiranlar və kölələr
  27. Dünya sərkərdələri
  28. Vətənpərvər

2012-2019-cu illərdə 55 cildlik əsərlərinin indiyə qədər 26 cildi çapdan çıxmışdır.

No comments:

Post a Comment