A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Əlibala Hacızadə

Əlibala Hacızadə
Əlibala Hacızadə

Əlibala Hacızadə - yazıçı, nasir.


Həyatı


Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953-1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966-1970).


Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994-96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi. 2009-cu ilin oktyabr ayında vəfat edib.


"İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir (1993-1994).


Yaradıcılığı


Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı..


1980-ci illərin ikinci yarısında Ə.Hacızadənin qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi.


Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmişdir.


Mükafatları


Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, İranda "Ölməz şəxsiyyətlər" mükafatına layiq görülmüş, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.


Əsərləri


  1. Heykəl gülür (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 54 səh.
  2. Unutmaq olmur (povest). Bakı: Uşaqgəncnəşr, 1963, 115 səh.
  3. Məhəbbət olmayan evdə (povestlər). Bakı: Azərnəşr, 1965, 100 səh.
  4. Fərruxi Yəzdinin poeziyası. Bakı: Elm, 1965, 198 səh.
  5. Cehiz (hekayələr). Bakı: Gənclik, 1969, 154 səh.
  6. Pəhləvan (hekayələr). Bakı: Gənclik, 1974, 31 səh.
  7. Təyyarə kölgəsi (roman). Bakı: Gənclik, 1974, 287 səh. (təkrar nəşr: 1992)
  8. İtkin gəlin (roman). Bakı: Gənclik, 1979, 215 səh.
  9. Əfsanəsiz illər (roman). Bakı: Gənclik, 1981, 353 səh.
  10. Ayrılığın sonu yoxmuş. Bakı: Gənclik, 1983, 432 səh.
  11. Vəfalım mənim. Bakı: Gənclik, 1985, 344 səh. (təkrar nəşr: 1992)
  12. Dünyanı tanı. Bakı: Gənclik, 1990, 450 səh.
  13. İtkin gəlin (roman trilogiya). I kitab. Bakı: Azərnəşr, 1992.
  14. İtkin gəlin (roman trilogiya). II kitab. Bakı: Azərnəşr, 1992.
  15. İtkin gəlin (roman trilogiya). III kitab. Bakı: Azərnəşr, 1992.
  16. Sevəcəyəm (şerlər, hekayələr). Bakı: Diplomat, 2001, 170 səh.
  17. Əsərləri (10 cilddə). I c. Bakı: Nafta-Press, 2004, 501 səh.


mənbə: vikipediya

No comments:

Post a Comment