A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Sabir Əhmədli

Sabir Əhmədli
Sabir Əhmədli

Sabir Əhmədli - nasir, yazıçı, publisist, Azərbaycanın Xalq yazıçısı (1992)


Sabir Əhmədli (Sabir Məmməd oğlu Əhmədli) 10 iyul 1930-cu ildə Cəbrayıl rayonunda anadan olub.


1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.


1951-1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləyib.


1955-1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdir.


1955-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv seçilib.


Ədəbi fəaliyyətə 1951-ci ildən “Pioner” jurnalında dərc edilən “Poçtalyon” hekayəsi ilə başlamışdır. “Bir payız axşamı” adlı ilk kitabı 1961-ci ildə çap olunmuşdur.1957-ci ildən “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, sonralar nəsr şöbəsinin müdiri, 1993-1996-cı illərdə isə qəzetin baş redaktoru işləmişdir. 


Yaradıcılığının başlanğıcında “Arabaçı” hekayəsi ilə tanınan yazıçı illər keçdikcə  “Aran”, “Pillələr”, “Görünməz dalğa”, “Yamacda nişanə”, “Toğana”, “Dünyanın arşını”, “Qanköçürmə stansiyası”, “Yasamal gölündə qayıqlar üzür”, “Gedənlərin qayıtmağı”, “Kütlə”, “Axirət sevdası”, “Şəhid ruhu”, “Uyuq”, “Yazılmayan yazı” adlı əsərləri ilə ədəbiyyatımızda özünə möhtəşəm mövqe qazanmışdır. 1983-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin hekayələri əsasında çəkilmiş ”Evlənmək istəyirəm” adlı filmin ssenarisini İsi Məlikzadə ilə birgə yazmışdır. Əsərləri keçmiş SSRİ xalqlarının  və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Sağlığında Moskvada üç və Bakıda on yeddi kitabı nəşr olunmuşdur. 


1984-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. 


1992-ci ildə isə ona Xalq yazıçısı adı verilmişdir.

Böyük qardaşı Cəmil Əhmədov İkinci Dünya müharibəsində göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Oğlu Məhəmməd isə 1994-cü ildə Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 

Sabir Əhmədli 2009-cu ilin aprelin 17-də Bakıda  vəfat etmişdir.

No comments:

Post a Comment