A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Əli Kərim

Əli Kərim

Əli Kərim - şair, tərcüməçi.


Əli Kərim (Əli Paşa oğlu Kərimov) 18 mart 1931-ci ildə Göyçay şəhərində anadan olmuşdur.


1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, daha sonra Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir.


Əmək fəaliyyətinə “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi kimi başlamış, ömrünün son aylarınadək poeziya şöbəsinə rəhbərlik etmişdir.


Bədii yaradıcılığa 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində çap etdirdiyi “Təzə müəllim” şeiri ilə başlamışdır və bunlan sonra dövrü mətbuatda müntəzəm çıxış etmişdir. 


1957-ci ildə Moskvada keçirilən gənclərin və tələbələrin VI Ümumdünya festivalında “İlk simfoniya”  poeması mükafata layiq görülmüşdür. 


1958-ci ildə ilk kitabı Moskvada çap olunub. Həmin kitab iki ildən sonra “İki sevgi” adı ilə Bakıda nəşr olunmuşdur.


Əli Kərim otuz səkkiz yaşında, 1969-cu ilin iyunun 30-da vəfat etmiş, Göyçayda dəfn olunmuşdur.


Sağlığında Bakıda üç kitabı işıq üzü görmüşdü. Ümumilikdə iyirmiyə yaxın kitabı çap olunmuşdur. Əli Kərimin poeziyası haqqında onlarla monoqrafiyalar, kitablar, yüzlərlə məqalələr yazılmışdır.

No comments:

Post a Comment