Yusif Səmədoğlu
Yusif Səmədoğlu - yazıçı,
Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov) 1935-ci il dekabrın 25-də Bakı şəhərində, Səməd Vurğunun ailəsində doğulmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır.
1953-cü ildə Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur.
1957-ci ildə həmin institutun IV kursundan ADU-nun Filologiya fakültəsinə keçmişdir.
1960-1965-ci illərdə "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri vəzifələrində işləmişdir.
1965-1969-cu illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü olmuşdur.
1969-1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasının direktor müavini vəzifəsində olmuşdur.
1976-1987-ci illərdə "Ulduz" jurnalının baş redaktoru, 1987-ci ildən "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində işləmişdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıda törədilən qırğınlarla bağlı "Azadlıq" radiosu vasitəsilə dünya ictimaiyyətinə çatdırmışdır.
1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir.
"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi olmuşdur.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
23 may 1998-ci ildə "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı almışdır.
Yusif Səmədoğlu 1998-ci il avqustun 17-də Bakıda vəfat etmiş, Fəxri xiyadanda dəfn edilmişdir.
No comments:
Post a Comment