A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Elvin Mədinov


Elvin Mədinov - II Qarabağ müharibəsi iştirakçısı.

Mədinov Elvin Mikayıloviç 23 iyun 1998-ci il Ukrayna Respublikasının Luqansk vilayətinin Staxanov şəhərində anadan olmuşdur. 2000-ci ildə ailə vəziyyəti ilə əlqədar Azərbaycan Respublikası Quba rayon Dağlı kəndinə köçür. Uşaqlıq yaşlarından idman və hərbi sahələrinə marağı ilə fərqlənir. Orta məktəbin ilk illərində Quba rayonu Dağlı kənd orta məktəbində təhsil alır. 2010-cu ildən təhsilini Quba rayonu Hikmət Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb liseyində davam etdirir.  Məktəb illərindən şagird və müəllim kollektivinin rəğbətini qazanır. Məktəbin idman yarışlarında iştirak etmiş və mükafatlara layiq görülmüşdür. 2015-ci ildə Quba rayonu Hikmət Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb liseyin məzunu olur.

Orta təhsilini bitirdikdən sonra ordu sıralarına çağırılır. Milli Ordu tərkibindən hərbi xidmətinə başlayır. Xidmətini etdiyi hərbi hissədə 1 il 6 ay ərzində özünü sevdirməyi və rəislərinin rəğbətini qazanmağı bacarır. Qüsursuz xidmətinə görə həvələndirici hədiyyələrlə mükafatlandırılır. Ailəsinə hərbi hissə komandiri adından təşəkkür məktubu göndərilir. Hərbi xidmətindən sonra ordu sıralarında zabit heyəti kimi xidməti davam etdirmək təklif edilsə də qəbul etmir. 

2018-ci ildə qəbul imtahanlarında iştirak edərək Bakı İdarəetmə və Texnologiya kollecinin “Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı” ixtisasına qəbul olunur. Tələbəlik illərində də müəllim heyətinin xüsusi sevgisini qazanır. 2020-ci ildə “Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı” ixtisası üzrə subbakalavr dərəcəsi alaraq kolleci bitirir. Kolleci bitirdikdən sonra müəllim heyəti onun ali məktəbə daxil olacağından heç şübhəsi olmur.  Həmin il qəbul imtahanlarında iştirak edərək Sumqayıt Dövlət Universitetinin “Proseslərin avtomatlaşdırılması” ixtisasına daxil olur. Lakin II Qarabağ savaşının başlaması ilə Elvinin cəbhəyə yollanması an məsələsi olur. Ailəsinin təkidinə baxmayaraq universitetə sənədlərini vermədən cəbhəyə yollanır. 

Döyüş yolu 27 sentyabr 2020-ci il tarixində Cəbrayıl rayonundan başlayır. Döyüşlərdə fərqləndiyinə görə “Bölüyün Baş Çavuşu” təyin edilir və müəyyən döyüşlərdə bölük ona həvalə edilir. Döyüş tapşırıqlarını qüsursuz yerinə yetirərək bir erməni hərbi hissəsinin və bir neçə postun alınmasında iştirak edir. Bu döyüş yolunda müddətli xidmət zamanı birlikdə olduğu əsgər yoldaşı və yaxın dostu yanında şəhid olur. Durmadan irəliləyərək qisas alır. Cəbrayıl, daha sonra Füzuli və Hardrut uğrunda döyüşlərdə iştirak edir. 17 oktyabr tarixində Xocavənd rayonu Hardrut qəsəbəsi ətrafında döyüşlərdə ayağından qəlpə yarası alır və həmin döyüşdə daha bir dostunu itirir. Komandir heyətinin təkidinə baxmayaraq müalicə üçün tibb məntəqəsinə getmədən döyüşür. Xocavənd uğrunda döyüşərək irəliyə gedir Şuşa yaxınlarına çatırlar lakin artıq Şuşa şəhəri fəth edilmişdi. Noyabr ayının 10-u sülh müqaviləsi imzalanır və ordu sıralarından təxris olunaraq evinə qayıdır.

Mədinov Elvin Mikayıloviç 24 iyun 2021-ci il tarixində “26 iyun Silahlı Qüvvələr” günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən “Füzulinin azad olunması”,  “Cəbrayılın azad olunması” və “Xocavəndin azad olunması” medalları ilə təltif edilir.    





No comments:

Post a Comment