A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Mariya Stadnik

Mariya Stadnik

Mariya Stadnik - azərbaycanlı qadın güləşçi.


Mariya Stadnik (Mariya Vasilyevna Stadnik) 3 iyun 1988-ci ildə Ukraynanın Lvov şəhərində anadan olub. Ukraynalı güləşçi Andriy Stadniklə evlidir.


Stadnik 2006-cı ildə dopinq testindən keçə bilmədiyi üçün bir il müddətinə diskvalifikasiya edildi.


2008-ci ildə Tamperedə keçirilən Avropa Çempionatında sərbəst güləşdə 48 kq çəki dərəcəsində yarışaraq qızıl, 2008 Pekin Yay Olimpiya Oyunlarında isə bürünc medal qazanıb.


2009-cu ildə Vilnüsdə keçirilən Avropa Çempionatında, 2009-cu ildə Herningdəki Dünya Çempionatında, 2019-cu ildə Nur-Sultanda Dünya Çempionatında və 2011-ci ildə Dortmundda keçirilən Avropa Çempionatında qızıl medallar qazanıb.


2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında gümüş medala layiq görülüb.


Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 2016 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.


2018-ci ildə İsveçin Klippan şəhərində keçirilən "Klippan Lady Open" turnirində 50 kq çəki dərəcəsində gümüş medal qazanıb.


2021-ci ildə Polşanın Varşava şəhərində keçirilən "2021 Poland Open" turnirində qızıl medal qazandı.


2021-ci ildə keçirilən 2020 Tokio Yay Olimpiya Oyunlarında finalda uduzaraq gümüş medalla kifayətlənib.

No comments:

Post a Comment