A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

İrina Zaretska

İrina Zaretska

İrina Zaretska - azərbaycanlı karateçi.


İrina Zaretska (İrina İqor qızı Zaretska) 4 mart 1996-cı ildə Ukraynanın Çernovidskaya şəhərində doğulub.


İrina Zaretska 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatılıb. 68 kiloqram çəki dərəcəsində çıxış edən İrina Zaretska, final görüşündə Avstriya nümayəndəsi Alisa Teresa Buçinqeri 8:1 hesabı ilə məğlub edərək, I Avropa Oyunlarının qızıl medalına sahib olub.


Bu uğuruna görə İrina Zaretska, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.


2017-ci ildə İrina Zaretska Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatılıb. 68 kiloqram çəki dərəcəsində çıxış edən İrina Zaretska, finalda görüşündə, Türkiyə nümayəndəsi Eda Əltemuru 3:0 hesabı ilə məğlub etdi və qızıl medal qazanıb.


2021-ci ildə Tokioda keçirilən 2020 Yay Olimpiya Oyunlarında final görüşündə rəqibi Misir karateçisi Feryal Abdelazezə 0:2 hesabı ilə uduzaraq gümüş medal qazanıb.

No comments:

Post a Comment