A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Oqtay Əliyev

Oqtay Əliyev
Oqtay Əliyev


Oqtay Əliyev - rejissor.


Oqtay Əliyev (Oqtay Əliyev Vidadi oğlu) 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğulub. 

1975–1985-ci illər İrəvan şəhəri M. F. Axundov adına orta məktəbi bitirib. 

1987–1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Kino və dram rejissoru" fakültəsində təhsil almışdır.


1983–1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 

1989–1994-cü illərdə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 

1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olmuşdur.


1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olmuş, ssenarilərini yazıb. 

1995-ci ildə A. P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub. 

1997-ci ildə Space tv-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verilişlərinin müəllifi və baş prodüseri olmuşdur.


1998-ci il oktyabr ayının 5-də "SOY" production şirkətinin təsisçisi və prezidentidir. "Ən yaxşı ssenariyə görə" I Audiovizual festival, Bakı- 2001, "Ən yaxşı animasiya işinə görə" III Beynəlxalq Audiovizual festival Bakı- 2003 mükafatlarını qazanmışdır.


Oqtay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzası nəticəsində dünyasını dəyişib. Oqtay Əliyevin idarə etdiyi "Lexus LX 470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev ölmüş, avtomobildə olan xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər almışdır.



No comments:

Post a Comment