Cəlil Cavanşir |
Cəlil Cavanşir - azərbaycanlı yazıçı.
Cəlil Cavanşir (Cəlil Hacıyev Cavanşir oğlu) 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib.
2001-ci ildə M.F. Axundov adına Oğuz rayon, Xaçmaz kənd 1 saylı orta məktəbini bitirib.
2002–2003-cü illərdə hərbi xidmətdə olub.
2004-cü ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin alman dili ixtisasına qəbul olunub və 2008-ci ildə ali təhsilini başa vurub.
Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb.
"Palma" ədəbi-bədii tərcümə jurnalının və "Region xəbər" qəzetinin təsisçisi olub.
2007–2011-ci illərdə folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı ilə birlikdə folklor araşdırmaları ilə məşğul olub, eyni zamanda türk və alman dillərindən bədii tərcümələr edib.
2009-cu ildə doqquziklim.net elektron ədəbiyyat dərgisini təsis edib və 2010-cu ilə qədər həmin dərgiyə rəhbərlik edib.
2010-cu ildə II Nəsimi Ədəbiyyat Müsabiqəsində şeir nominasiyasında II yer tutub.
2010-cu ilin may-noyabr aylarında Azad Azərbaycan Televiziyasında "Azərbaycan sirrləri" adlı tarixi-etnoqrafik layihədə redaktor-ssenarist kimi fəaliyyət göstərib.
2011-ci ilin yanvar ayından "Mərkəz" qəzetində fəaliyyətə başlayıb və qəzetin ədəbiyyat səhifəsini hazırlayıb.
2012-ci ilin mart ayından "Ədalət" və "Gündəlik Teleqraf" qəzetləri və Publika.az xəbər portalı ilə əməkdaşlıq edib, "Publika Art" layihəsində redaktor olaraq çalışıb.
"Qanun" Nəşrlər Evində "Azərbaycan Ədəbiyyatı" şöbəsinin baş redaktoru, "Hədəf" Nəşrlərinin baş redaktoru və tərcüməçisi vəzifəsində işləyib.
2015-ci ilin oktyabr ayından, 2019-cu ilin yanvar ayınadək Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mütəxəssisi vəzifəsində fəaliyyət göstərib.
2012-ci ildən "Qanun" Nəşrlər Evi ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir, 2022-ci ildən Qanun Nəşrlər Evinin "Dinlə Kitab" audio-kitab layihəsinin rəhbəridir.
2017-ci ilin fevral ayından "TEAS press" Nəşriyyatı ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir.
Şeirləri ingilis, alman, özbək, rus və fars dillərinə tərcümə olunub.
No comments:
Post a Comment