A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Sevda Güləhmədova

Sevda Güləhmədova
Sevda Güləhmədova


Sevda Güləhmədova - jurnalist, aparıcı. 

Sevda Güləhmədova 21 sentyabr 1979-cu ildə Bakıda anadan olub.   


2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyorluğu fakultəsini bitirib.   


Aparıcılıq fəaliyyətinə 2001-ci ilin may ayında Antenn FM Radiosunda başlayıb. 


22 aprel 2002-ci ildən ANS ÇM Radiosunda DJ işləyib. 


5 yanvar 2004-cü ildən ANS ÇM-in baş aparıcısı olub. 


Azərbaycanın radio məkanında gender bərabərliyi və qadın hüquqlarını təbliğ edən ilk və yeganə tok-şounun əsasını qoyanlardan biridir. ”Qadın vaxtı” (2002-2006) proqramında gender problemlərini işıqlandırmaqla yanaşı, öz hüquqlarının müdafiəsində qadınlara dövlət və qeyri- hökumət təşkilatlarının vasitəsi ilə yardım etməyə müvəffəq olub.    


“Azərbaycan qadını” (2006-2007) radio verilişi Azərbaycan qadınının cəmiyyətdəki rolu, peşəkar fəaliyyəti zamanı üzləşdiyi çətinlikləri işıqlandırıb.    


”Valideyn iclası” (2006-2007) proqramı uşaq və yeniyetmələrin təlim-tərbiyəsi, məktəb və məktəbəqədər tərbiyə müəssisələrində mövcud olan problemləri üzə çıxarmaq və həlli yollarını araşdırmaq, ictimai maarifləndirmə məqsədi daşıyıb.    


Təhsil sahəsində problemlərin işıqlandırılmasında göstərdiyi müstəsna səylərə görə Bakı Şəhər Baş Təhsil İdarəsi tərəfindən 2007-ci ildə “İlin jurnalisti”mukafatına layiq görülüb.   


2008-ci ilin sentyabrndan ANS TV-də yayımlanan “Fövqəl adi səfir” proqramının müəllifi və aparıcısı olmuşdur.   


WMW – Azərbaycan Qadın Jurnalistlər Birliyinin üzvüdür   


2009-cu ildən Media FM, 106.3 fm və Avto radio kanallarında çalışıb. 


2017-ci ildə İtaliya vətəndaşı Giovanni Tavolaroya ərə gedib.

No comments:

Post a Comment