A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Şərif Ağayar

 

Şərif Ağayar
Şərif Ağayar

Şərif Ağayar - azərbaycanlı yazıçı


Şərif Ağayar (Ağayarov Şərif Ziyadxan oğlu) 1 yanvar 1976-cı ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub. 


1980–1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 


1992-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ağcabədidə fəaliyyət göstərən Ağdam Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib.  


1998-ci ildə Bakıya gəlib və "Panorama" qəzetinin mədəniyyət şöbəsində müxbir kimi fəaliyyətə başlayıb.  


2000-ci ildə "Yeni Azərbaycan" qəzetindən dəvət alıb, 2003-cü ilin sonlarına qədər burada fəaliyyətini davam etdirib. Çoxsaylı məqalələri, şeirləri, oçerk və hekayələri çap olunub.  


2003-cü il 20 noyabrda "Kino+" qəzetinin baş redaktoru təyin olunub.  


2002-ci il 21–28 oktyabr tarixində TÜRKSOY-un təşəbbüsü ilə Türkiyənin Malatya şəhərində keçirilən türkdilli ölkələrin və xalqların III Şairlər Buluşmasında Azərbaycanı təmsil edib.  


2003-cü ildə "Vektor" Elm Mərkəzinin təşəbbüsü ilə "Səhra məsnəvisi" adlı şeirlər kitabı, 2010-cu ildə isə Milli Kitab Mükafatı layihəsi çərçivəsində ilk onluğa düşən "Kərpickəsən kişinin dastanı" povesti və "EL" nəşriyyatında "Aftafalı antrakt" proza kitabı, 2011-ci ildə "Qanun" nəşriyyatının "Ən yeni ədəbiyyat" seriyasından "Haramı" romanı, 2013-cü ildə "Zero" nəşriyyatının "Cib kitabları" seriyasından "Pozuq fotoşəkillər" şeirlər kitabı və "Yazıçı" nəşriyyatında "Xanım T." hekayətlər kitabı, 2015-ci ildə "Qanun" nəşriyyatında "Gülüstan" romanı, 2016-cı ildə "Arzulardan sonrakı şəhər" romanı çap edilib.  


2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən xaric olunub.  


2008–2013-cü ilədək Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi vəzifəsində işləyib. 


2017–2021-ci illərdə Kulis.az mədəniyyət portalının baş redaktoru olub.  


2020-ci ildə "Arzulalardan sonrakı şəhər" romanı Fransanın "Kapaz" nəşriyyatı tərəfindən fransız dilində çap olunub.

No comments:

Post a Comment