A-Z

A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Niyətşah Nemətov

Niyətşah Nemətov

Niyətşah Nemətov Səfər oğlu — əməkdar rabitə işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü


1928-ci ildə Quba qəzasının Yerfi sovetliyinin Qayadalı kəndində doğulmuşdur. Əmək fəaliyyətinə 1942-ci ildə Qonaqkənd rayonu poçt şöbəsində poçtalyon işləməklə başlamışdır. M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Qonaqkənd, Saatlı və Bakı şəhərinin bir çox rayon rabitə şöbələrində rəis işləmişdir.


1971-ci ildən 1989-cu ilədək Bakı şəhərinin poçt rabitəsinə nəzarət edən Bakı Poçtamtının rəhbəri olmuşdur.


1989-1998-ci illərdə Bakı Poçt Rabitəsi İstehsal Birliyi rəisinin müavini işləmişdir.


1991-ci ildə Əməkdar Rabitə işçısi fəxri adını almışdır. 


2006-cı ildə Prezidentin Fərdi təqaüdünə layiq görülmüşdür. 


2007-ci ildə vəfat etmişdir.


mənbə: Tahir Həsənli. Yerfililər. Bakı, Kitab Klubu, 2012


No comments:

Post a Comment