Əlişan Həsənli |
Həsənli Əlişan Məcid oğlu – 1916-cı ildə Quba qəzasının Yerfi kəndində anadan olmuşdur.
1933-cü ildə Yerfi kənd orta məktəbini bitirmişdir.
Qayadalı və Yerfi kənd məktəblərində müəllim işləmiş, Qonaqkənd rayon partiya komitəsində təlimatçı, daha sonra rayonda çıxan ”Staxanovçu maldar” qəzetində çalışmışdır. Qəzet 50-ci illərdə “Kommunizmə doğru” adı ilə Qonaqkənd rayonu 1959-cu ilin sonunda Quba rayonuna birləşdirilənədək nəşr olunmuşdur. Bu illərdə 16 il qəzetin məsul katibi və redaktoru olmuşdur.
Qonaqkənd rayonu ləğv edildikdən sonra Yerfi kənd rabitə şöbəsinin rəisi olmuş, 1978-ci ildə vəfat etmişdir.
No comments:
Post a Comment