Uraqan (Emin Abdullayev) - azərbaycanlı yazıçı, ssenarist, futbol hakimi.
Emin Abdullayev Munis oğlu (Uraqan) 20 Sentyabr 1997-ci ildə Bakı şəhərində idmançı ailəsində anadan olmuşdur. 2003-2012-ci illərdə 62№-li məktəb-liseyində təhsil almışdır.
2012-ci ildə kollecə sənəd verərək Bakı Neft-Energetika Kollecinin “Neft və qaz emalı” fakültəsinə daxil olur. Eyni zamanda kolleclə bərabər AFFA-da fubol hakimi kimi fəaliyyətə başlayır.
Kollecdə oxuduğu illərdə həvəskarlardan ibarət “Renesans” yazarlar klubuna üzv olur. “Renesans” klubunda yaradıcılığa bağlı olduğundan əmin olur.
2016-cı ildə Hərbi xidmətə yollanır. Xidməti dövründə yazarlığa daha çox bağlanır və özünü daha da püxtələşdirir. 2018-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra “Hədəf” kurslarında “sosial işçi” kimi işə başlayır. Burada Şəmil Sadiqlə tanış olur və onun razılığı ilə “Hədəf” liseyinin interaktiv elm muzeyində elmi bələdçi kimi fəaliyyətə başlayır. Fizika-kimya fənlərinin praktik yollarla göstərilən eksponatlardan ibarət muzeydə çalışdıqdan sonra 2018-ci ilin noyabr ayında “Hədəf” kursları ilə yollarını ayırır.
Atası - Munis Abdullayev keçmiş futbolçu, daha sonra isə beynəlxalq dərəcəli futbol hakimi olmuşdur. Hal-hazırda Azərbaycan Futbol Federasiyalar Assosiasiyasında futbol üzrə hakim-inspektor olaraq çalışır. Munis Abdullayev ermənilərin içində oynamış sonuncu azərbaycanlı futbolçudur.
Anası - Adilə Abdullayeva ziyalı qadın.
Qardaşı – Ramin Abdullayev: Kimya mühəndisi
Karyerası:
Kolleci bitirdikdən sonra, hərbi xidmətə yollanmazdan öncə 4 illik kollec müddətində yazmış olduğu cızma-qaraları toplayaraq ilk kitabı olan “Qaralama”adlı kitabı çap etdirir.
Əsgər kimi yazmış olduğu ”Hərbidən qeydlər” kitabını hərbi xidməti başa vurduqdan sonra Şəmil Sadiqin dəstəyi ilə “Hədəf” kurslarındakı “XAN” nəşriyyatında çap etdirir.
Oxucular tərəfindən bəyənildiyi üçün qısa bir zamanda satışda bitir. 2019-cu ildə “Ol” teatrı ilə tanış olduqdan sonra Namiq Ağayev və Fikrət Məmmədovdan ssenaristlik dərsi alır, kinematoqrafiyanın dərinlikləri ilə burada yaxından tanış olur.
2020-ci ildə “Allahsızlar şəhəri” dramını çap etdirir.
2022-ci ildə romantik mövzuda yazdığı “Kəpənək” kitabı işıq üzü görür.
2024-cü ildə “Allahsızlar Şəhəri” kitabıın davamı olan “Cəhənnəmin Xəritəsi” kitabı çap olunur.
Eyni zamanda “№027 Qatil” adlı trilogiyası da yazılmaqdadır. Roman distopiya janrındadır. Kitabda dünyanın ən təhlükəli psixopat qatillərinin saxlanıldığı İnterpolun 150 nəfərlik gizli həbsxanadan bəhs olunur.
Əsərləri:
Kitabları:
1. Qaralama
2. Hərbidən Qeydlər
3. Allahsızlar Şəhəri
4. Kəpənək
5. Cəhənnəmin Xəritəsi
6. Kölgəli Adlar
7. 27 Yaşıma Qədər
8. Güzgüdəki Qız
9. Qəfəsdəki Məhbuslar(№027 Qatil)
10. Paralel Həyatlar Körpüsü
11. 20 manatlıq müsabiqə
Ssenariləri:
1. Tənha qalmış Qarabağ
2. Robotik yazıçı
Müəllifin saytı:
Xarici keçidlər:
Facebook: https://www.facebook.com/UraqanAbdullayev/
İnstagram: https://www.instagram.com/uraqan_official/
Youtube: https://www.youtube.com/channel/UCf17X1oYTIyPAbQuwOII9Ug
1000kitab: https://1000kitap.com/Uraqan
Uraqan Abdullayevin kitablarını özəl edən cəhət axıcı sujet xəttinin olmasıdır. Kitaba başlamaqla bitirmək arasındakı vaxtı hiss etmək olmur. Kitab sadə dildə yazılsa da düşündürücüdür.
ReplyDeleteUraqan bəy öz işində olduqca məsuliyyətli və dəqiq insandır. Kitab yazmaq və ya yazmaq xatirinə iş görmür. Oxuduğumuz 1 kitab üzərində aylarla işlər, müzakirələr aparır
Yazmış olduğu kitabları demək olar ki, çoxunu oxumuşam və həqiqətən çox bəyənirəm. Uğurlarınız bol olsun
ReplyDeleteƏladı. Məlumat üçün çox təşəkkürlər
ReplyDelete𝑀𝑒𝑛𝑐𝑒 𝑒𝑠𝑒𝑟𝑙𝑒𝑟𝑖𝑛𝑖𝑧 ℎ𝑒𝑞𝑖𝑞𝑒𝑡𝑒𝑛𝑑𝑒 𝑐𝑜𝑘 𝑔𝑜𝑧𝑒𝑙𝑑𝚤
ReplyDeleteHərbidən qeydlər kitabı diqqətimi çəkdi
ReplyDeleteMən Uraqan Abdullayevi təsadüfən tanımışam. Hardasa 2 ilə yaxındırki tanıyıram. Onun adını əslində heç eşitməmişdim. Təsadüfən qrupa qoşulanda yazılarını oxuyarkən yazıları məni özünə cəlb etmişdi. Kaş daha öncədən tanısam demişdim. Onun kitablarını oxuyarkən daha maraqla, vaxtın necə keçdiyini bilmirəm. Ona bu yolda uğurlar arzu edirəm.
ReplyDeleteUraqan Abdullayev kitablarında düşünülmüş ifadələrdən,seçilmiş sözlərdən istifadə edərək əsərlərinə bambaşqa hava qatır.Onun kitabları oxuduqda özümü heç bir şey bilməmiş kimi hiss edirəm.Sanki öyrənəcəyim daha çox şey varmış kimi.Onun əsəbləri qəlbimdə çox böyük iz qoyur.Hər zaman onun kitablarını sevərək oxuyacam.Qələminə heyran qaldığım Uraqana sonsiz təşəkkürlərimi bildirirəm🤍~Oxucunuz Mədinədən
ReplyDeleteEmin Abdullayev (Uraqan) 3 ay olar ki təsadüf nəticəsində Kitab kanalından tanımışam.Nə yaxşı ki də tanımışam.Əsərlərindən hələlik 2 kitabını oxumuşam.Hərbidən qeydlər kitabından da az bir hissəsini.İnşallah ki,hər bir kitabını oxuyaram.Çox mükəmməl sayttı var.Özünün yazdığı kitablarıa bərabər baçqa şairlərə də yer verib.Hətta bu yola yeni başlayanlar üçün də xüsusi diqqət göstərib saytında.İşini sevən adamdır hiss etmək mümkündür.Ona bu yolda ilk əvvəl şans və uğur arzu edirəm.
ReplyDelete
DeleteEmin Abdullayev (Uraqan) 3 ay olar ki təsadüf nəticəsində Kitab kanalından tanımışam.Nə yaxşı ki də tanımışam.Əsərlərindən hələlik 2 kitabını oxumuşam.Hərbidən qeydlər kitabından da az bir hissəsini.İnşallah ki,hər bir kitabını oxuyaram.Çox mükəmməl sayttı var.Özünün yazdığı kitablarıa bərabər baçqa şairlərə də yer verib.Hətta bu yola yeni başlayanlar üçün də xüsusi diqqət göstərib saytında.İşini sevən adamdır hiss etmək mümkündür.Ona bu yolda ilk əvvəl şans və uğur arzu edirəm.
Kitablarını sevərək oxuyuram
ReplyDeleteURAQAN – müasir gəncliyin səssiz düşüncəsidi Onun yazdıqları, danışdıqları sanki bir aynadı – özümüzün görmək istəmədiyimiz tərəflərini bizlərə göstərir. Onun hekayələrində, şərhlərində və ya çıxışlarında dərinlik var – elə bir dərinlik ki, sual qoyub cavabını sənə buraxır. Hər kəsə yox, səni başa düşənlərə danışır, bu da onu daha təsirli edir.
ReplyDeleteEmin Abdullayev yazmır ki, oxuyasan – yazır ki, özünü sorğulayasan. O, bu dövrün “çox danışıb az deyən” axınında “az danışıb çox deyən” biri kimidir.
Uraqan Abdullayev in haqqında bir çox məlumat verə bilərəm ancaq ki,artıq məlumat verilibdir.Kitabları barədə isə,yazar öz kitablarının bəzilərini xüsusi təsəvvür ilə yazır öz duyğularıni,kitablarında əks etdirmişdir.
ReplyDeleteOxuya bildiyim kitabları isə "Kəpənək "
Novellasıdır onuda sayt üzərində oxumuşam,bu kitab isə Romantika,və fantastik bir kitabdır yani real həyatımızda baş verməsi mümkün olmayan hadisələr əks olunmuşdur.
Ancaq əsasən Uraqan Abdullayevin ən sevdiyim xüsusiyyətidə odur ki,gənc yazarları,oxucuları bir araya toplayıb,gələcəkdə yaxşı işlərə imza atması üçün yetişdirir)
Çox sağolun sorğu üçün
Uğurlar🌟
Gözəl kitabları var. Anlayışlı dildə yazılır hamı tərəfindən anlaşılır. Sadəcə əvvəl təsəvür edirsən sonu təsəfür etdiyindən fərqli olur. Ama yenədə maraqlıdı
ReplyDeleteUğurlarınızın davamı gəlsin inşəallah🙏☺️
ReplyDeleteKitablarınızdan 1ni əldə edə bilsəmdə 3nü oxumuşam artıq
27 yaşıma qədər
Allahsızlar şəhəri
Kəpənək🫠
3də əla idi əməyinizə sağlıq🙏
Uraqan Abdullayev in haqqında bir çox məlumat verə bilərəm ancaq ki artıq bir çox məlumat verilib.Kitabları barədə isə,
ReplyDeleteYazar öz kitablarında yaşadığı duyğularını açıq aşkar əks etdirmişdir.
Yazdığı kitablarından "Kəpənək" kitabı oxumuşam onuda sayt üzərində.Bu kitab,Romantika,və fantastik bir kitabdır yani real həyatımızda baş verməsi mümkün olmayan hadisələri əks etdirmişdir.Qısaca öz duyğuları ilə sözləri hiss edərək yazdığı üçün oxucuları cəlb etməyi bacarmışdır...
Özüm daxil olmaqla oxucularında,Uraqan Abdullayev in ən sevdiyimiz xüsusiyyətidə odur ki gənc yazarları oxucuları bir araya toplayıb gələcəkdə yaxşı işlərə imza atması üçün yetişdirir...
Uğurlar🌟
Yaradıcılığını təhlil etsək - sadə dildə yazılmış hekayələr hamı üçün anlaşımlıdır. Kitabları ancaq bədii deyil, məlumat vericidir. Hisslər üstünlük təşkil edir. Hər kitabda yazıçı öz hisslərini həkk edir.
ReplyDeleteUraqanın özü isə - məqsədyönlü və ruhdan düşməyəndi. Mənə emosional bir insan hissi bağışladı
Uraqan bəy təriflənməyi sevmir..
ReplyDeleteOna görə çox terifləmiyim.. Sadəcə deyə bilərəm ki,mənim özümü inkişafimda böyük rolu var..
Özü bilməsədə həqiqətən elədi.. Minnətdarlığımı bildirirem..
Uraqan ...o böyük bir fırtınadır. Bizi aparır xəyyəlara. Uşaq vaxtı məktəb illərində uşaqlari yoldan çixardirmiş ,onun yoldan çixarmasi pis deyildi ,heç bu bir yoldan çixmaq da deyil. Əksinə həyatda olanlardan xəbərdar etmək idi..indide bizi yola getirir. Onun yazılarını oxumaq üçün bəzən darıxıram. Həqiqətən de onu tanıdığım üçün çox şadam. Həyatda sadəcə xoşbəxt olmasını və bütün arzularına çatmasini diləyirəm. Onun kimi bir insanın dövrümüzdə yaşadığı üçün biz çox şansliyiq. Düşüncələrini çatdirma təsiri olduğca güclüdür. Bəzən ruhdan düşür,bizimlə sağollaşmaq istəyir ...ama əsas urekden oxuyan bir oxucu kimi onun daha çox uğurlar qazanmasını saf bir niyyətlə istəyirəm . O özü özəl bir insandır . Oxucusu olmaq insana özünü özəl hiss etdirir. O sadəcə bizimlə birgə addımlamaq istəyir. Bir oxucu kimi hər zaman yanındayam. Uğurlar arzulayıram əziz dost.🎉🔮💎
ReplyDeleteUraqan bəyi 1 il əvvəl sosial şəbəkədə gördüm və bir kitabını oxumaq fürsətim oldu. Onu deyə bilərəm ki kitab insanı valeh edir. Yazılan sözlər və cümlələr səni həmin kitabın içində olan dünyaya daxil edir və hadisələri canlandıra bilirsən. Gələcək olan kitabları da oxumaq arzusu ilə.
ReplyDeleteUraqan Abdullayevin yazdıqlarını oxuyanda özümü başqa bir aləmdə hiss edirəm. Əsərləri çox maraqlıdır. Yazdıqca biz oxumağı daha çox sevirik. Sözlərin sehri ilə bizi uzaqlara aparır.
ReplyDeleteYaradıcılığı haqqında - yazdığı hekayələr sadə, və hamı üçün anlaşımlıdır. Hər hekayədə yazıçı öz hisslərini ifadə edir. Həm bədii cəhətdən kamil, həm də məlumatlandırıcıdır.
ReplyDeleteYazıçının özü - məqsədyönlü, inadkar və ruhdan düşməyəndir. Mənə emosional bir insan kimi hiss doğurdu
Mən bu yazını oxuyanda bir neçə şeyi eyni anda düşündüm. Birincisi, “Uraqan” sadəcə bir mövzu deyil, müəllifin öz içindəki ziddiyyətlərin, susqunluqların və bəlkə də gizli qəzəbin adıdır. Uraqan bəyin yazı üslubunda hər şey açıq deyil, amma bu qəsdidir. Hər şeyi demir – düşünməyə yer saxlayır. Elə bu da yazının əsas gücüdür mənim üçün. Mən yazı oxuyanda ilk növbədə fikrə yox, hissə baxıram. Bu yazıda isə hisslər sözlərin arasına gizlənib. Aydın, sərt, amma emosional cizgilərlə doludur.
ReplyDeleteOxuduqca düşündüm: biz bəzən öz içimizdəki fırtınaya ad qoya bilmirik. Amma bu yazı onu adlandırır. Mənim üçün bu yazı sadəcə oxunacaq mətn olmadı – üzləşməyə səbəb oldu. Və fikirlərim tamamilə şəxsidir.
Uraqan bəyin demək olar ki bütün kitablarını oxumuşam, onun özünə məxsus üslubu oxuyarkən həyəcanı və marağı artırır. Səbəbi isə biz oxucuları düşündürəcək tərzdə qələmə almasında gizlidir. Ümid edirəm bu təəssüratları tərif olaraq deyil yalnızca analiz və təqdirəlayiq söz olaraq qəbul edərsiniz. Uğurlar 🙏🏿
ReplyDeleteUğurlar
ReplyDeleteUraqan Abdullayev tamam fərqli yazıçıdır. Onun əsərlərinə qədər fərqli müəlliflərdən çox əsərlər oxumuşam, Uraqan Abdullayevin üslubu tamam başqadır. İlk oxuduğum əsər "Allahsızlar şəhəri" dir. Əsər o qədər maraqlı gəlmişdir ki, 30 dəqiqəyə bitirdim və çox bəyəndim. "Kəpənək" əsəri isə düşündürücü, fəlsəfi fikirləri çox olan bir əsərdir. Uraqan Abdullayevin fərqli bir cəhəti odur ki, əsəri oxuyanda hər bir cümlə göz önündə canlanır sanki yaşayırsan. Bu da əsərləri daha yadda qalan edir.
ReplyDeleteUğurlar arzu edirəm. Ədəbiyyatımızın inkişafı sevindirici bir haldır.
Uraqan Abdullayev tamam fərqli yazıçıdır. Onun əsərlərinə qədər fərqli müəlliflərdən çox əsərlər oxumuşam, və onun əsərlərini yenilik kimi qiymətləndirirəm. İlk oxuduğum əsəri " Allahsızlar şəhəri" dir. Əsər o qədər maraqlı gəlmişdir ki 30 dəqiqəyə bitirdim. "Kəpənək" əsəri isə düşündürücü əsərdir. Əsərdə fəlsəfi fikirlər çoxdur. Əsərlərin digər bir üstün cəhəti odur ki, oxuyanda hər cümlə göz önündə canlanır sanki yaşayırsan. Bu da əsərləri daha yadda qalan edir. Sizə uğurlar arzulayıram.
ReplyDeleteUraqan Bəyi Sosial Mediada Qarşıma çıxan "Allahsızlar kitabı"ndan olan bir qeyd nəticəsində tanıdım və kitabı oxudum. Çox yaxşı bir süjet xətti ilə yazılmışdı. Heç inanmazdız bir futbol hakimindən belə bir yazar olar. Lakin İnsanlar hər zaman öz işlərind mükəmməl deyil, başqa işlərdə görməlidir. Uraqan bəydə bu fikrin nümunəsi və nəticəsidir. (XeYka Blessed)
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteUraq Abdullayev qələmi özünə məxsusdur hər kəs oxuya bilər.Amma həqiqətən çox az insan anlayar məncə onun qələminin fərqide ondadır
ReplyDeleteƏdəbiyyatımızı daha da zənginləşdirən bir yazıçını tanımaq və oxumaq dəyərli təcrübədir. Uraqan Abdullayevin kitabları sadəcə oxunan deyil, həm də xatırlanan, düşündürən və ruh zənginliyi qazandıran əsərlərdəndir. O, yalnız Azərbaycan ədəbiyyatında deyil, ədəbiyyatsevərlər arasında da öz yerini möhkəmlətdiyinə inanmaq olar.
ReplyDeleteUraqan bəyin əsərlərində dərin humanist mesajlar var. Məsələn, “Hərbidən Qeydlər”dəki düşüncələr yalnız hərbi təcrübə deyil, həm də insanlığın limitlərini, vicdanını və cəmiyyət münasibətlərini təsvir edir. Onun yazılarında həm fərdi dramanın həm də sosial məsuliyyətin sirri birləşir. Bu əsərlər, oxucuda həm estetik həzz, həm də düşüncəli qiymətləndirmə yaradır.
ReplyDeleteUraqan bəyin, kitablarını çox bəyənirəm. Onları oxuyandan sonra həqiqətən də, həyatımda çox qatqısı oldu. Kitablarını sanki oxumursan onun içində gəzir, suallarınla baş başa qalırsan. Kitabları sənə nağıl danışmır, harada bitəcəyini, necə bitəcəyini bilmədiyin bir düşüncə yoluna aparır. Bir sözlə mükəmməldir..🤌🏻
ReplyDeleteUraqan bəy təriflənməyi sevmir deyə tərif yazmıram😊
ReplyDeleteOnu deyərdim ki,mənim şəxsi inkişafımda rolu çoxdur..
Özünün də xəberi yoxdu heç..
Mənə nə qədər kömək olduğunan.. Həqiqətən içdən gələn səmimi sözlərdir..Ôz üzərində,çox çalışır İNŞƏAllAh nəticəsin görər.Uğurlar Arzu edirəm..Hər zaman Zirvelerdə olasız.
Yazıları ilə oxucuya həmin məzmunu dərinliyi ilə yaşadan yazıçıdır. Çoxunluq kitabını oxumuşam, üslubu və yazı tərzi həqiqətən valehedicidir
ReplyDeleteÜslub və fərqi ilə hər zaman diqqət mərkəzində olub. Emin bəyin yazıları oxucuda dərinliyi yaşadır.
ReplyDeleteÇox maraqlı əsərləri ,düşündürücü fikirləri var. Uğurlar arzulayıram
ReplyDeleteÜslub və tərzi ilə oxucuların qəlbini fəth edir. Emin bəy yazıları ilə oxucuların düşüncələrini həm dərinləşdir həm də təkmilləşdirir.
ReplyDeleteDaha yeni tanımış olsam da, əminəm ki, yaxında sevdiyim yazıçılardan birinə çevriləcək Emin bəy. Kəpənək əsərini oxudum və deyə bilərəm ki, məni özünə cəlb etdi. Uğurlarının davamını arzulayıram
ReplyDeleteKitablarında çatdıracağı fikirlər müasir dövrümüzlə əlaqələdir,oxucularına xüsusi böyük dəyər verir🌻
ReplyDeleteDeməli hardasa -3-ü kursda oxuyardım ,sosial şəbəkədə maraqlı bir kitabdan sitat gördüm , altdanda “hərbdən qeydlər” yazılmışdı, kitabın adın axtarışa vuranda gördüm Uqaran yazlıb , fikirləşdimki yəqin başqa ölkənin yazıçısıdı təzə çıxıb kitabı ,2 ci dünya müharibəsindən falan bəhs edir ,( çünki cümlə Azərbaycan idealogiyası kimi yazılmamışdı, ) sonra bildim ki , Azərbaycan yazıçısıdı , çox sevindim səbəb isə Azərbaycanda belə yazıçıların olmasıdır, və kitabı kitab mağazalarından soruşdum, bir çox yerlərəd şatışı yox idi , nəysə tapdım alıb oxudum kitab mənə çox təsir etdi , həmişə “hərbdən qeydlər “ yazısını görəndə tələbəliyim və o kitabı bakıda axtarmağım yadıma düşür😅🥲🙏✨
ReplyDeleteBezen bir insanın sözleri min kitabdan daha çox tesir edir,menim üçün de ele oldu.. Emin beyin yazıları mene çox şey öyretdi.. Yaxşı ki tanımışam.. Var olun qelem adamı❤️
ReplyDeleteMən Uraqan bəyi bir neçə aydır ki, kəşf etmişəm. Düzü, müasir Azərbaycan ədəbiyyatına o qədər də meylim yox idi öncədən. İnsanların dedikləri məndə bir ön yarğı yaratmışdı müasir Azərbaycan ədəbiyyatına qarşı. Buna görə də, uzun müddət idi ki, Azərbaycan ədəbiyyatı oxumurdum. Mən Uraqan bəyi bir kitab kanalı vasitəsilə tanımışam və, həqiqətən də, onun sayəsində Azərbaycanda dahi qələm sahiblərinin olduğuna əmin olmuş oldum. Gənc olmasına baxmayaraq, bir neçə ildə bu qədər böyük uğurlara imza atması çox qürurverici bir haldır. Lakin, Uraqan bəy bu yollardan asanlıqla keçməyibdir, təbii ki. Onun bu səviyyəyə gəlməsində keçmişdə yaşadığı ağrı və acılar xüsusi rol oynayır. Əgər bu gün biz onu tanıyırıqsa, əsərlərini oxuyuruqsa, bunda onun "kəskin söz sahibi" olmasından daha çox, qarşılaşdığı çətinliklərə sinə gərməsi, vaz keçməməsi, lakin yeri gəldikdə düzgün olaraq, bir şeydən vaz keçmə zamanının gəldiyini anlaması və ən nəhayətində, bütün bu iztirablarını qəbul edib qucaqlayaraq, onlardan özü üçün lazımi dərs çıxarması onu oxucuları arasında daha güclü və yaddaqalan edir. Dəyərli yazıçımıza gələcək fəaliyyətlərində müvəffəqiyyətlər, bol-bol səbir arzu edirəm. Hər zaman yaşayın və yaradın. Özünüz üçün, bizim üçün, Azərbaycan üçün))
ReplyDeleteMən Uraqan Abdullayev-i kanalların sayəsində tanımışam. Onun sayəsində kitab oxumağa başlamışam. Əminəm ki bütün kitabları gözəldi. Mənim ən çox bəyəndiyim kitabları "Kəpənək" və "Allahsızlar şəhəri"-dir. İlk oxuduğum kitabı "Allahsızlar şəhəri"-dir , kitabın adını ilk eşidəndə qəribə gəlmişdi. Sonra oxuyanda anladım. Maraqlı və dərin mənalı yazır. Uğurları bol olsun💫🤍
ReplyDeleteUraqan Abdullayevin bütün kitabları maraqlıdır və insanı düşündürür. Mən motivasiya qazanıram onun yazdıqlarınnan .Uraqan bəy öz üzərində işləyən və məsuliyyətli biridir. Bəli, yazıçı olaraq bacarıqlıdır amma vaxtını yalnız yazıçılığa həsr etmir həmdə özün təkmilləşdirir və bu çox gözəl şeydir. İnsanlara kömək edir. Mən onu tərifləmirəm çünki o belə şeyləri sevmir amma onun kimi insanlar bu dünyada çox azdır bəlkədə barmaq sayısı qədərdir. Uraqan Abdullayevə bol bol şanslar arzulayıram. İnşəAllah gələcəkdə onun kitabları daha məşhur olar və adını zirvələrdən gəlməsin arzu edirəm. Bacarıqlı olmasına söz ola bilməz . Mən fəxr edirəm Uraqan bəylə. Çox istərdim ki bizim gənclərimiz vaxtını kitab oxumağa həsr etsin əsasda Uraqan Abdullayevin kitabların🙂 Hər şeyə görə təşəkkür edirəm Uraqan bəyə.
ReplyDeleteUraqan Bəyi Sosial Mediada Qarşıma çıxan "Allahsızlar kitabı"ndan olan bir qeyd nəticəsində tanıdım və kitabı oxudum. Çox yaxşı bir süjet xətti ilə yazılmışdı. Heç inanmazdız bir futbol hakimindən belə bir yazar olar. Lakin İnsanlar hər zaman öz işlərind mükəmməl deyil, başqa işlərdə görməlidir. Uraqan bəydə bu fikrin nümunəsi və nəticəsidir. (XeYka Blessed)
ReplyDeleteUraqan bəyin yazılarını izlədiyim müddətdə diqqətimi çəkən əsas cəhət onun özünü mətndə itirməyi bacarmasıdır. Yazılarını oxuyarkən müəllif “mən buradayam” demir, amma yazının ritmində onu aydınca hiss etmək olur. Bu, mənə görə çox az adamda olan bir keyfiyyətdir – görünmədən göstərmək. Onun üslubu açıq emosiyalardan qaçır, amma dərinliyini saxlayır. Hər cümləsində bir toxunuş var, amma o toxunuş iz buraxmaq üçün yox, oyatmaq üçündür.Yazı ilə münasibəti tək istiqamətli deyil ,oxucunu da düşünməyə məcbur edir. Yazının içində boşluqlar var və bu boşluqları oxucu özü ilə doldurmalı olur. Mənə görə bu, müəllifin “izah etmək” yox, “hiss etdirmək” mövqeyindən yazdığını göstərir. Və bəlkə də Uraqan bəyin fərqliliyi məhz bundadır .Səsini deyil, sükutunun yönünü yazıya daşımasında.Məlumatların çoxunluğunu bilsəm də bioqrafiya üçün yenə də hər kəsə təşəkkürümü bildirmək istəyirəm🙏🏿.
ReplyDeleteUraqan Abdullayevin yazdıqları çox real və duyğuludur. Xüsusilə “Kəpənək” məni çox təsirləndirdi. Hər cümləsində həyatın içindən bir parça var. Oxuduqca düşünürsən, hiss edirsən. Yazılarına davam etməsini çox istərdim. Uraqanın yazılarını təsadüfən kəşf etmişdim, amma oxuduqca gördüm ki, bu yazılar sadəcə hekayə deyil, insanın içini oyadan düşüncələrdir. Gənc yaşda bu qədər dərinlik tapmaq təəccübləndiricidir. Fərqli mövzulara toxunması və öz dili ilə yazması məni cəlb edir.
ReplyDeleteMəncə gənc olmasına rəğmən çox istedadlı yazıçıdır.Sadə,rahat dildə anlamağımiz üçün sərbəst üslubda,fərqli yazır
ReplyDeleteMəncə gənç olmasına baxmayaraq fərqli , sadə ,anlaşılan üslubda yazır .Hər yazarın mürəkkəb üslubda əsərləri olur .Sizdə yoxdu amma hamısı anlaşabilinən,sadə üslübda yazırsız Bütün kitablarınızı ala bilsəm necə xoşbəxt olardım
ReplyDeleteUraqan beyin yaradıcılığı qeyri adiliyi özünemexsusluğu hadiselere ferqli yanaşması ile seçilir daha çox ibratamiz nesiyyetlerle doludur her cümlesi her fikir her söz insanı terbiye edir ilham verir.
ReplyDelete
ReplyDeleteUraqan Abdullayev in haqqında bir çox məlumat verə bilərəm ancaq ki,artıq məlumat verilibdir.Kitabları barədə isə,yazar öz kitablarının bəzilərini xüsusi təsəvvür ilə yazır öz duyğularıni,kitablarında əks etdirmişdir.
Oxuya bildiyim kitabları isə "Kəpənək "
Novellasıdır onuda sayt üzərində oxumuşam,bu kitab isə Romantika,və fantastik bir kitabdır yani real həyatımızda baş verməsi mümkün olmayan hadisələr əks olunmuşdur.
Ancaq əsasən Uraqan Abdullayevin ən sevdiyim xüsusiyyətidə odur ki,gənc yazarları,oxucuları bir araya toplayıb,gələcəkdə yaxşı işlərə imza atması üçün yetişdirir)
Çox sağolun sorğu üçün
Uğurlar🌟
URAQAN – müasir gəncliyin səssiz düşüncəsidi Onun yazdıqları, danışdıqları sanki bir aynadı – özümüzün görmək istəmədiyimiz tərəflərini bizlərə göstərir. Onun hekayələrində, şərhlərində və ya çıxışlarında dərinlik var – elə bir dərinlik ki, sual qoyub cavabını sənə buraxır. Hər kəsə yox, səni başa düşənlərə danışır, bu da onu daha təsirli edir.
ReplyDeleteEmin Abdullayev yazmır ki, oxuyasan – yazır ki, özünü sorğulayasan. O, bu dövrün “çox danışıb az deyən” axınında “az danışıb çox deyən” biri kimidir.
Kitablarında çatdıracağı fikirlər müasir dövrümüzlə əlaqəlidir,oxucularına xüsusi böyük dəyər verir🌻
ReplyDeleteQələminizə qüvvət gözəl qəlbli yazarımız. Uğurlarınız daimi olsun💫🙏
ReplyDeleteUraqan.. böyük bir xəzinədir .Öz yazıları ilə bizi alib aparır sehirli bir aləmə. Kəpənək kitabının sayt üzərindən oxumuşam. Balaca bir kitab olmasına baxmayaraq çox maraqlar və böyük bir dünyadir o kitab . Kitabların adı belə insan düşündürür. Uraqan öz saytında təkdə öz kitablarını deyil, həm gəncə yazarlarin yazılarını paylaşmağina imkan yaradır, eyni zamanda Azərbaycanın gəlmiş keçmiş Şairlərin Yaziçilarinun Dahi Sənətkarlarin yazılarını da həyatlarını da qələm alaraq onları bizim qəlbimizdə əbədi olaraq yaşadır. O özəl bir insandır. Uraqanin olmaq belə insana özünə özəl hiss etdirir. Bütün kitablarını bir gün oxumaq ümidilə.Uraqini tanıdığın üçün şadam. Uğurlar arzulayıram.
ReplyDeleteXanım Sukurzade.
Uğurlar diləyirəm. Qələminiz iti, sözünüz kəsərli, ilhamınız çağlar olsun. 👏
ReplyDeletedoğrudan da Uraqan bəy çox yaxşı yazıçıdır, yazıları insanı özünə cəlb edir. mən keçən dəfə də KəpənəK kitabını qazanmışdım və Uraqan bəy ilə tanış olmaq şansını qazanmışdımm. hamıya uğurlar
ReplyDeleteUraqan Abdullayevin qələmi bir başqadır. Onun əsərlərinə qədər fərqli müəlliflərdən çox əsərlər oxumuşam. Uraqan bəyin əsərlərində fərqliliyi hiss etdim. İlk oxuduğum əsər "Allahsızlar şəhəri"dir. Əsər o qədər maraqlı gəlmişdir ki, 30 dəqiqəyə bitirdim. Əsərdə heç zaman unutmayacağım gözəl çox fikirlər bəyəndim. "Kəpənək " əsəri isə düşündürücü əsərdir. Əsərdə saf sevgimi dərinliklərinə qədər hiss edirsən. Fəlsəfi düşüncələr əsərə gözəllik qatır. Sizə uğurlar arzulayıram.
ReplyDelete(Məmmədova) Emin Abdullayev kitab kanalından tanıdığım bir gənc yazar şəxsən tanimasamda yazılarından hiss olunur çox alicənab çox mədəni tərbiyəli bir insandı bir yazardı çox istiyərdim Emin bəyin yazdığı əsərlərdən oxumaq saytdan səhv etmirəmsə Allahsizlar şəhəri Hərbidən qeydlər kəpənək kitablarından bir neçə səhifə oxumusam gənc olmasına baxmayaraq yazdığı əsərlər çox mənalı dərin bəyəniləndi mənim 8 yaşlı oğlum belə çox istiyir Emin bəyin kitablarından hədiyyə almaq yazdığı əsərləri oxumaq inşəallah birgün qismət olar bizdə Emin bəyin kitablarından əldə edərik
ReplyDeletedoğrudan da Uraqan bəy çox yaxşı yazıçıdır, yazıları insanı özünə cəlb edir. mən keçən dəfə də KəpənəK kitabını qazanmışdım və Uraqan bəy ilə tanış olmaq şansını qazanmışdımm. hamıya uğurlar
ReplyDeleteÇox istedadlı yazıçıdır, uğurlar arzu edirəm. Azərbaycanın belə yazıçılara çox ehtiyacı var.
ReplyDeleteUraqan beyin yaradıcılığı qeyri adiliyi özünemexsusluğu, hadiselere ferqli yanaşması ile seçilir. Daha çox ibratamiz nesiyyetlerle doludur her cümlesi. Her fikir her söz insanı terbiye edir, ilham verir, düşündürür yeniliklere ruhlandırır. Her bir oxucu bu yazılarda özünü tapır. Kitablarının dili sade aydın axıcıdır.Sıxılmadan bir nefese oxunur. Özüne geldikde ise hedden artıq işini sevən məsuliyyətlidir ve qarşısındakı insansandan da bunu teleb edir. Mehriban, tevezökar, yaradıcı, intellektual bir gecdir. Yolunuz, açıq uğurlarınız bol olsun.
ReplyDeleteBu mənim səmimi düşüncəmdir. Uraqan Abdullayevin kitabları daha çoox yaradıcı fikirlərlə doludur. Bu da ondan xəbər verir ki, Uraqan bəy yaradıcı insandır. Ən çox sevdiyim kitabı Allahsızlar şəhəridir. Uraqan bəyə uğurlar arzulayıram. Uğurları daima olsun 🩶🫸
ReplyDeleteUraqan Abdullayevin qələmi özünə məxsusdur . dərinliyi başa düşmək üçün həqiqətən oxumaq lazımdır.ozune məxsusluğunu sevirəm
ReplyDeleteSalam. 11 yaşım var, Uraqanı oxumamışam amma 20 yaşım olanda oxumağı planlaşdırıram. Kitab oxumağı çox sevirəm və düşünürəm ki, Uraqanın kitabları da xoşuma gələr🙂
ReplyDeleteyazılarınız insanı oxumağa cəlb edir hər daim
ReplyDeleteUraqan bəy.
ReplyDeleteSizi tamamilə təsadüfən tanımışdım – bir neçə ay əvvəl oxuduğum qısa bir hekayənizlə. Həmin gündən sonra sözlərinizin arxasındakı düşüncə tərzi, motivasiyalı çıxışlarınız, özünüzə olan inam və güvəniniz məni çox təsirləndirdi. Əslində kitablarınıza başlamamışdan əvvəl, məhz sizin şəxsiyyətiniz, həyat baxışınız marağımı oyatdı.
Bir dəfə yazıçılığın sizə maddi gəlir gətirib-gətirmədiyini soruşmuşdum – siz isə “xeyr” cavabını verdiniz. Amma bu “xeyr” mənim üçün böyük bir “bəli” idi. Çünki insanın özünə maddi xeyiri olmayan bir şey üçün can yandırması, zaman və enerji sərf etməsi – bu onun sırf xəyalının arxasınca getməsi, ürəklə etməsi deməkdir.
Kitablarınıza keçdikcə, gördüm ki, yazdıqlarınız sadəcə kəlmələr deyil. Onlar insanın iç dünyasına açılan qapılardır. Sadə, lakin güclü ifadələrlə yazılmış cümlələr, oxucunun içində illərlə cavabsız qalmış suallara toxunur. Sanki biz danışa bilmədiklərimizi siz yazmısınız. Bu, yazıçılığın ən ali formasıdır – insanın içinə yol tapmaq.
Yazdıqlarınız üçün təşəkkür edirəm. Duyğulara söz, sözlərə isə ruh verdiyiniz üçün...)
Salam, rəfimdə sizin "Hərbidən qeydlər" kitabınız var(sözün düzü hələ başlamamışam). Bu cür ziyalı şəxsi tanıdığıma məmnun oldum. Sizin daha çox əsərlərinizi mütaliə etmək istəyərəm. Yolunuz açıq olsun❤️📖
ReplyDelete