A-Z

A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Rasim Balayev

Rasim Balayev
Rasim Balayev


Rasim Balayev - aktyor, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı lauratı (1986).


Rasim Balayev (Rasim Əhməd oğlu Balayev) 8 avqust 1948-ci ildə Ağsu rayonunda doğulub. 


1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir.  


1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilmişdir.


1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuşdur. 


31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilmişdir.


Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi. 


29 mart 2026-cı ildə İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.


Filmoqrafiya


1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) — film səsləndirən: Eldar Əliyev(Rəşid Behbudov)

777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) — rol: Hakim

Ad günü (film, 1977) (tammetrajlı bədii film)-filmi səsləndirən: Nazim (Fuad Poladov)

Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet-Mozalan № 162)

Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) — film səsləndirən: Cahid (Rafiq Əliyev)

Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-filmi səsləndirən: Əbdül dayı (Yaşar Nuri)

"Ağ-qara" gecələr (film, 2013)

Akademik Yusif Məmmədəliyev (film, 2005)

Akt və fakt (film, 1978)

Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: mühəndis Məmməd Rüstəmov

Alovlu yollar (1977-1984, Özbəkfilm)

Arayış (film, 1986)

Arxadan vurulan zərbə (film, 1977) — rol: Cəbi

Astarı üzündən baha (film, 1986)

Aşkarsızlıq şəraitində... (film, 1986) — film səsləndirən: Məmmədov (Çingiz Şərifov)

Avtoqraf (film, 1986)

Azərbaycan naminə! (film, 2004)

Babək (film, 1979) — rol: Babək əl-Xürrəmi

Bağ mövsümü (film, 1985) — film səsləndirən: Kələntər (Hacımurad Yegizarov)

Bağışla, gələ bilmədim (film, 2015)

Bağlı qapılar (film, 1986)

Bəhanə (film, 1991)

Bakı Mən Səni Sevirəm kinoalmanaxı Bəhram Gur (film, 2015) (qısametrajlı bədii film)

Bəhrə (film, 1984)

Bəhri-təhvil (film, 1979)

Bəxtəvər (film, 1984)

Bəxtiyar Vahabzadə (film, 2003)

Bəyaz həyat (film, 2003)

Bəyin oğurlanması (film, 1985) — film səsləndirən: Elxan(Fizuli Hüseynov)

Bir ailəlik bağ evi (film, 1978) — rol: Əli

Bir ovuc torpaq (2013)

Birisigün, gecəyarısı... (film, 1981) — rol: İsrafil bəy

Biz deməkdən yorulduq... (film, 1991)

Biz qayıdacağıq (film, 2007) — film səsləndirən: Müəllim (İlham Əsgərov)

Bizim küçənin oğlanları (film, 1973) — film səsləndirən: İbrahim (Şahmar Ələkbərov)

Böyük ömrün davamı (film, 2007)

Brakonyer, yoxsa balıqçı? (film, 1991)

Bumeranq (film, 1982)

Burulğan (film, 1986) — film səsləndirən: Murad (Məmməd Məmmədov)

Cavid ömrü (film, 2007) — rol: Hüseyn Cavid;film səsləndirən: Cavidin gəncliyi (İman Məcidov)

Cəza (film, 1986)

Cin mikrorayonda (film, 1985) — rol: Əli;film səsləndirən: Rüstəm (Ötkəm İsgəndərov);mahnı ifa edən

Cümhuriyyətin 9 şəkli (film, 2018)

Dağ novellası (film, 1979) — rol: Bəyxan

Dağıdılmış körpülər (film, 1996) — rol: taksi sürücüsü

Dairə (film, 1985)

Dairə (film, 1989) — film səsləndirən: Milis rəisi (Tariyel Qasımov)

Dama dama... (film, 1986)

De ki, məni sevirsən! (film, 1977) — film səsləndirən: Müstəntiq (Natiq Rəsulzadə)

Dədə Qorqud (film, 1975) — rol: Beyrək

Dəyirman öz işindədir... (film, 1990)

Diaqnoz (film, 1991)

Dirsə xanın oğlu Buğacın boyu (film, 2000)

Doğma sahillər (film, 1989) — rol: Polkovnik Həbibi

Dolayı yollar (film, 1986)

Dronqo (serial, 2002) — rol: Kazımov

Etiraf (film, 1992) — rol: Qabil

Əlamət (film, 1982) — film səsləndirən: Direktor (Tələt Rəhmanov)

Əlavə iz (film, 1981) — rol: Nazim

Əlavə təsir (film, 2010) — film səsləndirən: kimyaçı Həbib Rüstəmov (Məhərrəm Musayev)

Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)

Əzablı yollar (film, 1982) — film səsləndirən: Məlikməmməd (Ötkəm İsgəndərov)

Əlvida, Şmidt! (film, 2019) — rol: Polis mayoru

Fədakar (film, 2015) — rol: Əli Qarayev

Fənd (film, 1978)

Firəngiz (film, 1975) — rol: Murad

Foto həvəskarı (film, 1985)

Gəlinlərin qiyamı (film, 1985) (dublyaj)

Girişmə, öldürər! (film, 1990) — rol: Kapitan Rasim

Gözlə məni (film, 1980) — rol: Nicat

Günaydın, mələyim! (film, 2008) — film səsləndirən: Fuad (Fuad Poladov)

"Hacı Mail" nağılı... (film, 2005)

Haqqın dərgahı (film, 1991) — Mətni oxuyan

Haqlı narazılıq (film, 1988)

Haram tikə (film, 1986)

Heyvandarların gileyi (film, 1991)

Həm ziyarət, həm ticarət... (film, 1995) — rol: Davud

Xırdavat (film, 1982)

Xoşbəxtlik qayğıları (film, 1976) — rol: Sənan

İgidlik rəmzi (film, 1992)

İlıq dənizdə buz parçası (film, 1983) — rol: Məmməd

İstintaq (film, 1979)

İşarəni dənizdən gözləyin (film, 1986)

İşgüzar adamlar (film, 1977)

İthaf (film, 1990) — Kadrarxası mətn

Kimə inanaq? (film, 1990)

Kinorejissor Həsən Seyidbəyli (film, 2002)

Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) — film səsləndirən: Dədə Qorqud

Köhnə bərə (film, 1984) — rol: Səlman;film səsləndirən: Eldar (Fəxrəddin Manafov)

...Könüldən iraq (film, 1982)

Küçələrə su səpmişəm (film, 2004) — rol: Bəhmən

Qala (film, 2008) — rol: Soltan kişi

Qanlı zəmi (film, 1985) — rol: Səlim bəy

Qara "Volqa" (film, 1994) — rol: Cavanşirov

Qara gölün cəngavərləri (film, 1984) — film səsləndirən: Fəttahov (Hacımurad Yagizarov)

Qaranlıqlar çiçəyi (teleserial, 2011) — rol: Bəhruz

Qatır Məmməd (film, 1974) — rol: Əziz

Qeyri-adi ov (film, 1974) — rol: Müəllim

Qisas günü (film, 1993)

Qoca palıdın nağılı (film, 1984) — rol: İdrisov

Qocalar, qocalar... (film, 1982) — rol: Davud

Qonşuya ümid olan... (film, 1990)

Qoy dolanaq... (film, 1972)

Qunduzdan söhbət açaq (film, 1976)

Quq-qulu-qu (film, 1992)

Lətifə (film, 1989) — rol: Rəhimov

Mən mahnı qoşuram (film, 1979) — film səsləndirən: Sədr (Eldəniz Zeynalov)

Mənim ağ şəhərim (film, 1993) — film səsləndirən: mafiya başçısı (Eldar Quliyev)

Məsuliyyətsizlik (film, 1991)

Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)

Min birinci söz (film, 1997)

Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974)

"Mozalan"ın izi ilə (film, 1982)

Nankorluq (film, 1982)

Nankorluq (film, 1986)

Narahat adam (film, 2005) — Mətni oxuyan(Azərbaycan variantı)

Nə gözəldir bu dünya... (film, 1999) — rol: Mirzəyev

Nəsimi (film, 1973) — rol: İmadəddin Nəsimi

Nəticə (film, 1986) (II)

Nəticə (film, 1986) (III)

Nəticə (film, 1986) (IV)

Nəticə (film, 1991)

Nizami (film, 1982) — film səsləndirən: Nizami (Müslüm Maqomayev)

O yox, bu yox, tələb çox (film, 1991)

Olan yerdən umarlar (film, 1991)

Otel otağı (film, 1998) — rol: Sədiyar

Ovsunçu (film, 2002) — Kadrarxası mətn

Ölsəm... bağışla (film, 1989) — Tərcüməni səsləndirən

Ömrün ilk saatı (film, 1973) — rol: Azər

Ömrün səhifələri (film, 1974) — Meyxana deyən (Rəqiblər)(titrlərdə yoxdur)

Özgə ömür (film, 1987) — film səsləndirən: Müstəntiq (Məbud Məhərrəmov)

Park (film, 1983) — film səsləndirən: Dost (Mikayıl Kərimov)

Perspektivsiz tikinti (film, 1991)

Proloq (film, 1986)

Reyd (film, 1985)

Rənglərdə yaşayan kino (veriliş, 2009)

Salur Qazanın evi talandığı boy (film, 2001)

Seminariya (film, 2002)

Sən həmişə mənimləsən (film, 1987)

Səni axtarırıq... (film, 2013)

Sizdən hərəkət... (film, 1992)

Super ağcaqanad (film, 1981)

Suya səyahət (film, 1996) — Aparıcı

Sübhün səfiri (film, 2012) — rol: Mirzə Fətəli Axundzadə

Şahid qız (film, 1990) — rol: Nazir

Şeytan göz qabağında (film, 1987) — rol: Nəzərov

Şollerin arxivi (film, 2018) (səsləndirmə)

Təhlükə astanaları (film, 1986)

Təxribat (film, 1989) — rol: Həsənov

Tələ (film, 1990) — rol: Ziya Qasımoviç

Tənha narın nağılı (film, 1984) — rol: Yaqub

Tərsinə çevrilən dünya (film, 2011) — rol: Məmməd Əliyev

Təzə evlənənlər üçün çətir (film, 1986) (dublyaj; rol: Dmitri Kraskov)

Toral və Zəri (film, 1979) — film səsləndirən: Toral

Toxunma, partlayar! (film, 1982)

Tütək səsi (film, 1975) — film səsləndirən: Nuru (Ötkəm İsgəndərov)

Ulduzlar sönmür (film, 1971) — rol: Sultanov

Uşaq aləmi (film, 1986)

Üstü bəzək... (film, 1990)

Üzeyir ömrü (film, 1981) — film səsləndirən: Üzeyir Hacıbəyov (Hüseynağa Atakişiyev)

Varlığa nə darlıq (film, 1990)

Ver verim (film, 1974)

Vulkana doğru (film, 1977) — rol: Tahir

Yağışlı havalarda (film, 1982)

Yaxşı qurtardıq (film, 1985)

Yaramaz (film, 1988) — rol: Nazir köməkçisi

Yarasa (film, 1995) — rol: Ağabəy

Yardımsız yardımçı təsərrüfatlar (film, 1991)

Yazmaqla düzəlsəydi... (film, 1986)

Yük (film, 1995) — film səsləndirən: Şeir deyən ziyalı

Zirzəmi (film, 1990) — rol: Ayaz

Ana və poçtalyon (2020)


No comments:

Post a Comment