A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Abbas Abbasov

Abbas Abbasov
Abbas Abbasov

Abbas Abbasov - Azərbaycan Respublikası Baş nazirinin keçmiş birinci müavini.

Abbasov Abbas Aydın oğlu 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Həmin il respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlamışdır. 1972-1973-cü illərdə hərbi xidmətdə olmuşdur.

1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri, vəzifələrində işləmişdir.

1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

Hazırda "AST Şirkətlər Qrupu" nun vitse-prezidenti və Müstəqil Dövlətlər Biriliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir. 1990-1995-ci ildən Azərbaycan Respublikasının xalq deputatı olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 19 may 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycanın iqtisadi inkişafındakı böyük xidmətlərinə görə Abbas Aydın oğlu Abbasov “İstiqlal” ordeni ilə təltif edilmişdir.

Ailəlidir, 3 övladı var.

mənbə: vikipediya

No comments:

Post a Comment