A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Əlövsət Haşımov

Əlövsət Haşımov
Əlövsət Haşımov

Əlövsət Haşımov – partiya və sovet işçisı, Ümumittifaq əhəmiyyətli fərdi pensiyaçı.


Haşımov Əlövsət Rüstəm oğlu 1910-cu ildə Quba qəzasının Qayadalı kəndində ana­dan olmuşdur. 


1919-cu ildə atası vəfat etmiş, babasının himayəsində yaşa­mışdır. 


1921-ci ildən kənd təsərrüfatında işləməyə başlamışdır. O, 1925-1931-ci illərdə Yerfi kənd kolxoz cavanlar məktəbində (ŞKM – o zaman bunu şekaem məktəbi adlandırırdı­lar), sonra isə Quba pedaqoji Texni­kumunda oxumuşdur. Azərbaycan Dövlət Pedaqoji institutunda qiyabi təhsilini davam etdirən Haşımov bir neçə il Talış və Qayadalı kənd məktəblərində müəllim işləmişdir. Sonrakı illərdə Azərbaycan KP MK yanında partiya sovet işçiləri hazırlayan məktəbi və iki illik Ali partiya məktəbini bitirmişdir. 


1939-cu ildən Sov.İKP üzvü Ə.Haşımov Qonaqkənd rayon partiya komitəsində təlimatçı, partiya kabinəsi müdiri, təbliğat-təşviqat şöbə mü­diri, rayon partiya komitəsinin katibi, rayon qəzetinin redak­toru, rayon icraiyyə komitəsinin sədri kimi məsul vəzifələrdə çalışmışdır. 


1956-cı ilin fevralında MK-nın çağırışı ilə 30 minçi kimi geridə qalan Dmitrov adına kolxoza sədr getmiş, 1971-ci ilədək, yəni pensiyaya çıxanadək bu təsərrüfata rəhbərlik et­mişdir. 


1963-cü ildə kolxozun iş təcrübəsini yaymaq məqsədi ilə “Selskaya jizn” qəzetində çıxış etmiş, “Pravda”, “Kommu­nist”, “Sovet kəndi”, “Bakinskiy raboçiy” qəzetləri onun iş təcrübəsini işıqlandırmış, daha sonra, “Kolxozlarda əmək haqqı verilməsinin təkmilləşdirilməsi” adlı kitabçası nəşr edilmişdir. Ə.Haşımov iki dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə və bir çox medallarla təltif olunmuşdur. Ümumittifaq əhəmiyyətli fərdi pensiyaçı 1985-ci ilədək, yəni vəfat edənədək rayon partiya komissiyasının üzvü və İnqilabi şöhrət şurası­nın sədri olmuşdur.


Xatırlamalar. Ə. Haşımova yuxarı təşkilatlardan bildirirlər ki, sənə Sosialist Əməyi Qəhrəmanı adı verə bilərik. O vaxtki pulla yüz qoyunun pulunu istəyiblər. Ə.Haşımov deyib: “Ata­mın deyil ki, satıb sizə verəm”.


Ə.Haşımov direktor olduğu dövrdə Xınalıq sovxozunda qoyunun sayı 60 mini ötürdü. Bu dövrdə rəssam Maral Rəhmanzadə Xınalığa, sonra Yerfiyə gəldi. Xınalığı çəkdiyi rəsmlərlə tanıtdı. Yerfiyə aid çəkdiyi bir neçə şəkli Haşımova hədiyyə etdi. Xalq şairi Rəsul Rzanın Xınalığa gəlməsi Rəhim Alxasa dayaq olmasına, tanınmasına səbəb oldu. Yaranmış təsərrüfat xınalıqlıların gələcəkdə uğurları, öz tanınmış kadr­larının yetişməsi üçün baza oldu. Bunu yaşlı xınalıqlılar etiraf edirlər.

mənbə: Tahir Həsənli. Yerfililər. Bakı, Kitab Klubu, 2012

No comments:

Post a Comment