Camal Əhmədov 1991-1994-cü illərdə Azərbaycan silahlı qüvvələrində batalyon komandiri, qarnizon hərbi komendantı, hərbi polis şöbəsinin rəisi vəzifəsində çalışıb.
"Qanun-Hüquq" firmasının prezidentidir. "Qızıl qələm" mükafatı laureatıdır (2010).
Camal Xuduş oğlu Əhmədov 1952-ci il noyabr ayının 22-də Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olub. İxtisasca hərbi mühəndis və hüquqşünasdır. Keçmiş sovet ordusunda Zaqafqaziya hərbi dairəsi tikinti-quraşdırma sahələrindən birinə uzun müddət rəhbərlik edib. Əfqanıstan və Vyetnam respublikalarında hərbi mühəndis-mütəxəssis kimi bir çox sahələrdə xidmət edib.
Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində, o cümlədən bir çox uzaq xarici ölkələrdə keçmiş Sovet İttifaqına məxsus ən vacib hərbi bazalarının tikintilərinin rəhbəri olub. 1991-1994-cü illərdə Azərbaycan silahlı qüvvələrində batalyon komandiri, qarnizon hərbi komendantı, hərbi polis şöbəsinin rəisi vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranıdır.
Ailəlidir, 2 övladı, 5 oğlan nəvəsi var.
İstifadə olunan mənbələr: vikipediya
No comments:
Post a Comment