A-Z

A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Həsənbaba Həsənli

Həsənbaba Həsənli

Həsənbaba Həsənli - müharibə və əmək veteranı, qabaqcıl sovet təsərrüfatı işçisi.


Həsənli Həsənbaba Məcid oğlu 1925-ci ildə Quba qəzasının Yerfi kəndində anadan olmuşdur.


1942-ci ildə yaşı iki iI artılaraq II Dünya müharibəsinə səfərbər edilmiş, Belorusiya cəbhəsində yaralanmıș, 1944-cü ildə ordudan III dərəcəli müharibə əlili kimi tərxis olunmuşdur.

1952-ci ildən müxtəlif təsərrüfatlarda baş mühasib, 1957-ci ildən Qonaqkənd rayonu kənd təsərrüfatı müfəttişliyində baş təlimatçı mühasib, 1959-cu ildən 1981-ci ilədək fasiləsiz olaraq sovet təsərrüfatı rəhbəri işləmişdir.

1956-cı ildən Sov.İKP üzvü H.Həsənli uzun illər rayon partiya komissiyasının üzvü olmuşdur. İki çağırıș: 1959 və 1964-cü illərdə rayon sovetinə deputat seçilmişdir. I dərəcəli Vətən müharibəsi ordeni və dövrünün digər orden, medalları ilə təltif olunmuşdur.


1990-cı ildə vəfat etmişdir.


Xatırlatma: Qonaqkənd yolundakı Çayqovuşandan Nohurdüzünədək yeni yol və sovetlik daxili bir çox ərazilərə onun rəhbər işlədiyi dövrdə yollar açılmışdır. Təsərrüfat sahəsində zamanının texniki nailiyyətlərinin tətbiq edilməsində fərqlənmişdir.


No comments:

Post a Comment